Day, Month 00, Year
00: 00: 00 AM
Baş Prokurorluğun Strateji İnkişaf Konsepsiyası təsdiq olunub

Baş Prokurorluqda 2020-ci ildə prokurorluq orqanları tərəfindən görülmüş işlərin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş əməliyyat müşavirəsi keçirilib.
Müşavirədə Baş prokuror Kamran Əliyev çıxış edib.
Əməliyyat müşavirəsində ötən ilin prokurorluğun tarixində də əlamətdar olması qeyd edilməklə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 1 may 2020-ci il tarixdə Baş prokuror vəzifəsinə təyinatla əlaqədar qəbul edilərkən verdiyi göstəriş və tapşırıqların prokurorluq orqanlarında genişmiqyaslı islahatların aparılmasını labüd etdiyi diqqətə çatdırılıb.
Həmin tapşırıqlardan irəli gələn vəzifələrin icrası məqsədilə Fəaliyyət Planı təsdiq olunmaqla qısa müddət ərzində prokurorluqda mütərəqqi struktur və kadr islahatları aparılmaqla prokurorluq orqanlarının cəmiyyətdə formalaşan yeni çağırışlara adekvat uyğunlaşması və fəaliyyətində şəffaflığın təmin edilməsi, işin çevikliyinin və səmərəliliyinin artırılması, dövrün tələblərinə cavab verən peşəkar dövlət təsisatı kimi yenidən formalaşdırılması məqsədilə zəruri tədbirlər görülüb.
Eyni zamanda, prokurorluğun fəaliyyətini tənzimləyən normativ hüquqi bazanın yenilənməsi, sistemli hala salınması məqsədilə “İşin Təşkili Qaydaları”, həmçinin prokurorluq orqanlarının yaxın gələcəkdə fəaliyyət və inkişaf istiqamətlərini müəyyənləşdirən rəhbər sənəd kimi “Prokurorluğun 2020-2023-cü illər ərzində Strateji İnkişaf Konsepsiyası” hazırlanaraq təsdiq olunub.


Tarix: 8-01-2021, 15:25 Oxunub: 111


Bölməyə aid digər xəbərlər