Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Geri dönmək istəməyən məcburi köçkünlərin NƏZƏRİNƏ

Baxış: 258
“Məcburi köçkünlərdən evə qayıtmaları ilə bağlı suala səmimi cavab vermələri xahiş olunur. Ola bilsin ki, hansısa məcburi köçkün qayıtmaq istəməsin, bu, onların seçimidir”.
sahibkartv.Az-ın məlumatına görə, bunu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov “Yeni” TV-nin canlı yayımında bildirib.
Onun sözlərinə görə, artıq mövcud qanunvericiliyə uyğun olaraq məcburi köçkün statusu itirilmiş olacaq:
“Bu zaman məcburi köçkün və onlara bərabər olan şəxslərə şamil edilən imtiyazlar qüvvəsini itirmiş olacaq”.
“Qanunvericilikdə bununla bağlı düzəlişlərin olacağı istisna deyil. Yeni reallıqlara əsasən, yeni qanunların qəbuluna ehtiyac ola bilər. Bununla bağlı təkliflər hazırlanır və iş gedir”, - deyə o əlavə edib.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.