Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Füzuli şəhərinə çəkilən yolda son vəziyyət - ÖZƏL AÇIQLAMA

Baxış: 379
Füzuliyə ilkin olaraq qısa müddətə ikizolaqlı çınqıl örtüklü yolun inşası planlaşdırılır. Bu, Şuşaya bütün növ nəqliyyat vasitələri ilə gediş-gəlişi təmin etmək üçün şərait yaradacaq.
Bu sözləri Sahibkartv.Az-a açıqlamasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib.
“Füzuli istiqamətində yol yatağının inşası işləri aparılır. Bu istiqamətdə altı hərəkət zolağı olan avtomobil yolunun inşası nəzərdə tutulub. Yol çətin relyefi olan əraziyə qədər uzadılacaq. Çətin relyefi olan ərazidə isə yolun zolaqlarının sayı dördə endiriləcək. Hava şəraitinin dəyişkənliyinə baxmayaraq, yol boyu işlər davam etdirilir. Türkiyənin “Korin” və digər şirkətləri ərazidə çalışır. Həmin qruplar çətin relyefi olan ərazidə artıq işlərə başlayıblar. Bütün texnikalarla agentliyimiz onlara görülən işlərdə dəstək olur.
Eyni zamanda, ərazidə yerli şirkətlərdən olan “AzVirt” MMC də proseslərin gedişatında iştirak edir. Füzuli şəhərinə qədər olan ərazidə isə Agentliyin tabeliyində olan qurumlar çalışır”, - deyə o bildirib.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.