Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Bakıda ictimai nəqliyyatda gediş haqqı artacaqmı?

Baxış: 285
Tarif (qiymət) Şurasının ötən gün keçirilən növbəti iclasında Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 1 manat, dizel yanacağının pərakəndə satış qiyməti isə 1 litr üçün 80 qəpik olması müəyyən edilib. 
Bəs bu qiymət artımı ictimai nəqliyyatda gediş haqqına hər hansı formada təsir edəcək?
Məsələ ilə bağlı sahibkartv.az-a açıqlama verən Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib ki, paytaxtda sərnişindaşıma qiymətlərinin artımı ilə bağlı Tarif Şurasına müraciət edilməyib.
Onun sözlərinə görə, Bakı şəhərində müntəzəm sərnişindaşıma sahəsində dövlət nəzarətini BNA həyata keçirir:
“Bunu nəzərə alaraq, BNA tərəfindən gediş haqqının artırılması ilə bağlı Tarif Şurasına müraciət edilməyib. Bu istiqamətdə heç bir məsələ gündəmdə deyil. Hazırda sərnişindaşıma istiqaməti üzrə əsas diqqət vətəndaşlara göstərilən ictimai nəqliyyat xidmətlərinin keyfiyyətinin artırılmasına, onların rahatlığının təmin edilməsinə yönəldilib”.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.