Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Karantin rejimi qaydalarını pozaraq fəaliyyət göstərən çayxana aşkarlandı - FOTO

Baxış: 297
Şabranda karantin rejimi qaydalarını pozaraq fəaliyyət göstərən çayxana aşkarlanıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, Şabran Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində karantin rejiminə əməl etməyərək fəaliyyət göstərən çayxana aşkarlayıblar. Qanunvericiliyə uyğun olaraq obyektin sahibi S.Babayev və orada olan yeddi müştəri saxlanılaraq polis şöbəsinə gətiriliblər.
Həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi üzrə protokollar tərtib edilib və onların hər biri 200 manat miqdarında cərimə olunublar. 





Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.