Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

TƏBİB sədri Ramin Bayramlı medal ilə təltif olundu - FOTO

Baxış: 290
Azərbaycan Respublikasının Prezidentinin adından Azərbaycan Respublikası Müdafiə nazirinin müvafiq əmri ilə "Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” publik hüquqi şəxsin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı və TƏBİB-in Aparat rəhbəri Gündüz Əbdülov "Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə” medalı ilə təltif olunub.
Sahibkartv.az TƏBİB-ə istinadən xəbər verir ki, 44 günlük "Vətən Müharibəsi”ndə Ermənistan silahlı qüvvələrinin təxribatları nəticəsində zərərçəkmiş mülki şəxslərə,hərbi qulluqçulara vaxtında lazımi tibbi xidmətlər göstərilməsi məqsədilə "Əks hücum əməliyyatları zamanı tibbi xidmətin təşkili üzrə Koordinasiya Mərkəzi” yaradılmış, Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyinin tabeliyində olan xəstəxanalar optimallaşdırılmış, peşəkar və ixtisaslı həkimlər və Təcili Tibbi Yardım briqadaları tərəfindən təxirəsalınmaz işlər görülmüşdür.


Eyni zamanda, cəbhə xəttində xidmət etmək üçün müraciət etmiş özəl tibb müəssisələrində çalışan və Türkiyədə yaşayan azərbaycanlı həkimlərin müraciətləri əsasında onların müvafiq sahələr üzrə bölgüsünün aparılması və yerləşdirilməsi işi həyata keçirilmişdir. 

Məlumat üçün bildirək ki, sözügedən medalla Azərbaycan Respublikası ilə hərbi əməkdaşlığın möhkəmləndirilməsində göstərdikləri xidmətlərə görə Azərbaycan Respublikasının və xarici ölkələrin hərbi qulluqçuları və digər şəxslər təltif edilirlər.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.