Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Goranboyun ən qabaqcıl özəl tibb müəssisəsi saytımızla faydalı əməkdaşlığı davam etdirir

Baxış: 244


Tərəqqipərvər kütləvi informasiya vasitəsi olan “Sahibkartv.az” saytının Dövlət Media Agentliyində qeydiyyatdan keçməsi münasibətilə oxucularımızdan və ictimaiyyətdən redaksiyamıza təbriknamələr gəlməkdə davam edir. Növbəti təbrik nidaları Goranboy rayonunda fəaliyyət göstərən “Medi Life” Klinikasından daxil olub. Kollektiv adından ünvanımıza xoş sözlər çatdıran tibb müəssisəsi rəhbərliyi saytımıza uğurlar arzulayıb, sahibkarlığın, o cümlədən tibb sahəsində özəl sektorun tərəqqisinə davamlı informasiya dəstəyi verəcəyimizə ümidlərini ifadə edib. 



Öz növbəmizdə “Sahibkartv.az” saytı olaraq biz də Klinika rəhbərliyi ilə telefon əlaqəsi saxlayıb kollektiv üzvlərinə -  həkim və şəfqət bacılarına, texniki personala insanların sağlamlığının keşiyində durmaq kimi müqəddəs vəzifələrində yeni-yeni nailiyyətlər arzuladıq.
Qeyd edək ki, “Medi Life” Klinikası təkcə Goranboy rayonunda deyil, ümumiyyətlə, bölgədə ən qabaqcıl tibb müəssisələrindən hesab olunur. Sözsüz ki, işğaldan azad edilmiş qonşu rayonlar məskunlaşdıqca bu klinikanın xidmətindən istifadə edənlər çoxalacaq. Ümid edək ki, bu artım xəstələrin deyil, sağlamlığının qədrini bilib onun profilaktikası ilə məşğul olanların, tibbin insan gözəlliyinə verdiyi töhfələrdən yararlanmaq istəyənlərin hesabına olacaq.
İnanırıq ki, Sahibkartv.az saytı “Medi Life” Klinikasının uğurlarından bəhs etməyə bol-bol mövzular tapacaq.

Nurlan Tağıyev











Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.