Əlvan metallar bazarlarında da qızılın qiymətində bahalaşma dinamikası zəifləyib. Foreks bazarlarında dollar yenidən bahalaşarsa, qızılın bir unsiya üzrə qiyməti də yenidən 1864 və 1848$-a kimi dəyər itirə bilər.
Bununla yanaşı, əmtəə birjalarında neftin qiymətində də sürətli ucuzlaşma başlayıb. Brent neftinin bir barel qiyməti əlavə olaraq 41$-ı yenidən qırmaqla altında qalarsa, ucuzlaşma 40$-a kimi ucuzlaşa biləcəyi proqnozlaşdırılır.
Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.





































