Toyuq əti ilə bağlı narazılıq: "Keyfiyyət məsələsi ilə heç kim məşğul olmur"
10:18 / 18-01-2025

Kremldə namaz qıldı - FOTO
10:13 / 18-01-2025
Növbəti köç karvanı Cəbrayıla yola düşüb
10:07 / 18-01-2025
Yaşıl Enerji Sahəsində Mikrosahibkarlıq İnqilabı
22:14 / 17-01-2025
Süni İntellekt Sahibkarlıqda Yeni Perspektivlər Yaratmağa Davam Edir
21:46 / 17-01-2025
Əşyaların İnterneti (IoT) Sahibkarlıqda Yeni Səhifə Açır
21:17 / 17-01-2025
Mərakeşdə 2000 İl Yaşayan Zeytun Ağacı Hələ də Meyvə Verir
21:00 / 17-01-2025
Aqrar Texnologiyalar Kənd Təsərrüfatını Yenidən Şəkilləndirir
20:45 / 17-01-2025
Arayik Azərbaycan xalqından üzr istədi
20:43 / 17-01-2025
Dron Texnologiyası ilə Yeni Sahibkarlıq Sahələri Açılır
20:24 / 17-01-2025
Dayanıqlı Sahibkarlıq
20:00 / 17-01-2025
Bərpa Olunan Enerji Sahibkarlığın Gələcəyini Formalaşdırır
19:41 / 17-01-2025
Mərkəzi Afrikada Əsir Götürülmüş Fillər "Sərbəstlik Ordusu" Yaratdı
19:30 / 17-01-2025
Virtual Tədbirlər Sahibkarlıq Mədəniyyətini Dəyişdirir
19:19 / 17-01-2025
Mikro Sahibkarlıq Ekosistemləri
19:00 / 17-01-2025
Psixoloji Xidmətlər Sahibkarlığın Yeni Trendi Olur
18:52 / 17-01-2025
Əbədi Tətil: Sahibkarlar Üçün Yeni "Yavaş Turizm" Modeli
18:23 / 17-01-2025
Texnologiya ilə Qida İstehsalı: Şaquli Ferma Sahibkarlığı
18:00 / 17-01-2025
Sahibkarlığın Sərhədləri Uzaq Yerlərə Genişlənir
17:39 / 17-01-2025
Tullantısız Gələcək Yolunda Addım
17:16 / 17-01-2025
Biohacking Sahibkarlıqda Yeni Bir Sektoru Formalaşdırır
17:00 / 17-01-2025
Metaverse Sahibkarlıq
16:38 / 17-01-2025
Bu ərzaq mallarının qiyməti UCUZLAŞACAQ - SİYAHI
16:00 / 17-01-2025
Yaponiyada Robotlar İnsanlara Şeir Yazmağı Öyrədir
15:45 / 17-01-2025
Pensiya və minimum əməkhaqqı artımları bu şəxslərə şamil ediləcək
15:30 / 17-01-2025
İndoneziyada Vulkan Daşları "Almaz" Tapıntısına Səbəb Oldu
15:00 / 17-01-2025
İlham Əliyev və İrakli Kobaхidzе arasında təkbətək görüş başlayıb
14:06 / 17-01-2025
Tramp Ermənistandakı rus bazasını çıxaracaq - Rusiyalı general
13:56 / 17-01-2025
Gürcüstanla sərhəd açılıb? - Görüntülər YAYILDI
13:38 / 17-01-2025
Goranboy RİH-nin başçısına qarşı aparılan böhtan kampaniyasına son qoyulmalıdır
Bu gün ölkəmizin bütün digər bölgələrində olduğu kimi, Goranboy rayonunda da hər zaman olduğundan daha böyük bir canlanma var. Bütün sahələrdə, istər abdlıq-quruculuq işləri olsun, istər istehsalat, kənd təsərrüfatı və ya xidmət sahəsi – hər yerdə insanlarımız əzmlə çalışırlar, hər kəs həm özünün rifah yüksəlişi, həm də dövlətimizin daha da zənginləşməsi, daha da güclənməsi naminə böyük səylər göstərir. Əlbəttə ki, əgər rayon rəhbərliyi bilavasitə xalqa xidmətdən şərəf duyursa, vətəndaşlarla daim ünsiyyətdə olursa o rayonda ancaq yaxşı əməllərin şahidi olmaq olar. Birmənalı olaraq deyə bilərik ki, bu gün Goranboyda mövcud olan bu təşəbbüskar və yaradıcı mühit, sağlam mənəvi-psixoloji ab-hava ilk növbədə Rayon İcra Hakimiyyətinin Başçısı Məhərrəm Quliyevin fəaliyyətinin nəticəsidir.
Bu məqamı da xüsusi qeyd etməliyəm ki, əslində bu canlanma nə bugünün, nə dünənin, nə də bu ilin təzahürü deyil. Bu canlanma, bu ruh yüksəkliyi artıq dördüncü ildir ki, təkcə bizim rayonda deyil, bütün ölkədə yaşanır. Səbəb də təbii ki, bizim tarixi Qələbəmizdir. 2020-ci ilin sentyabr-noyabr ayları ərzində Azərbaycanın rəşadətli Silahlı Qüvvələri Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə apardığı və tarixi Zəfərlə sona çatdırdığı 44 günlük Vətən müharibəsinin nəticəsi olaraq 30 il işğal altında olan torpaqlarımızı azad etdi. Keçən ilin sentyabr ayında isə ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa olundu. Razılaşın ki, bu tarixi hadisə bir ömür yüksək əhval-ruhiyə ilə yaşamaq üçün tükənməz stimuldur. Bu gün respublikamızın bütün rayon və bölgələrində, o cümlədən azad edilmiş ərazilərdə möhtəşəm quruculuq işləri həyata keçirilir. Uzun illər düşmən tapdağı altında qalan torpaqlarımıza həyat yenidən qayıdır. Budur yaşanan ümumxalq sevincinin səbəbi və mən əminəm ki, bundan sonra bizim xalqımızı gələcəkdə yalnız xoşbəxt, sevincli və firavan günlər, illər gözləyir.
Tam səmimiyyətlə və tam məsuliyyətlə deyə bilərəm ki, bu gün Goranboy rayonunda da həm iqtisadi göstəricilər durmadan yüksəlir, həm yenidənqurma işlərinin vüsəti və əhatə dairəsi getdikcə artır, həm də əhalinin sosial rifah səviyyəsi sürətlə qalxır. O cümlədən rayon ərazisinin abadlaşdırılması, yol infrastrukturunun yenilənməsi, ətraf mühitin yaxşılaşdırılması ilə bağlı məsələlər rayon rəhbərliyi tərəfindən xüsusi olaraq diqqət mərkəzində saxlanılır.
Birmənalı olaraq deyə bilərəm ki, hazırda Goranboyda Ölkə Prezidenti cənab İlham Əliyevin yerlərdə vətəndaş müraciətlərinə obyektiv və operativ baxılması, vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı verdiyi müvafiq Sərəncam və tapşırıqlara ciddi şəkildə əməl olunur. Təbii ki, ilk növbədə şəhid ailələrinə, müharibə iştirakçıları və qazilərinə diqqət və qayğının daha da artırılması istiqamətində həyata keçirilən dövlət siyasətinin Goranboyda da layiqincə reallaşdırılması üçün rayon rəhbərliyi tərəfindən bütün lazım olan addımlar atılır. Rayonumuzda Azərbaycanın ərazi bütövlüyü uğrunda öz canından keçmiş şəhidlərimizin ailələrinə, həmçinin müharibə qazilərinə və iştirakçılarına böyük diqqət və qayğı göstərilməkdədir. Ölkə Prezidentinin şəhid ailələri və qazilərimizin sosial qayğılarının öyrənilməsi və operativ həlli ilə bağlı verdiyi tapşırıqlara uyğun olaraq, rayonda davamlı olaraq operatv işlər görülür, bu məsələlər hər zaman rayon rəhbərliyinin xüsusi diqqət mərkəzində saxlanılır. Həm də bu istiqamətdə görülən tədbirlər Goranboyda artıq müxtəlif ənənələrin yaranmasına səbəb olmuşdur. Belə ənənələrdən biri də Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin doğum günlərində onların məzarlarını və ailələrini ziyarət etmək olub. Həmçinin demək lazımdır ki, bu gün şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədi ilə Goranboy rayonunda və rayonun kənd və qəsəbələrində Abidə Kompleksləri, Bulaqlar və Xatirə guşələri yaradılıb. Ümumiyyətlə Goranboy RİH-nin rəhbərliyi və məsul işçiləri tərəfindən mütəmadi olaraq birinci və ikinci Qarabağ müharibəsində şəhid olmuş Vətən övladlarının ailələri, qazilər öz evlərində ziyarət edilir, onların sosial qayğıları öyrənilir, problem və ehtiyaclarının ödənilməsi istiqamətində operativ tədbirlər görülür. Bu məsələlər Goranboy rayon İcra Hakimiyyətində keçirilən Aparat müşavirələrində də hər zaman ətraflı müzakirə olunur. Bu müşavirələrdə vətəndaş müraciətlərinə baxılması, xüsusən də şəhid ailələri və qazilərin sosial qayğılarının öyrənilməsi və operativ həlli istiqamətində müvafiq tədbirlərin görülməsi, yerlərdə səyyar qəbulların təşkili ilə bağlı konkret qərarlar qəbul edilir.
Sonda mən bir neçə kəlmə ilə rayonumuz barədə ölkə mətbuatında dərc olunan materiallara münasibət bildirmək istərdim. Deməliyəm ki, ümumilikdə həmkarlarımızın həm peşəkarlıq, həm də obyektivlik baxımından işlərindən razıyam. Amma təəssüflər olsun ki, arada müəyyən istisnalar da olur. Bəzən bu və ya digər saytın səhifələrində rayonumuz barədə və şəxsən Goranboy RİH-nin rəhbərliyi barədə həqiqətə qətiyyən uyğun olmayan iddiaların, bəzən isə hətta açıq iftiraların dərc olunmasını görəndə çox pərişan oluram. Təəssüflər olsun ki, bu cür şər və böhtan kampaniyalarını müəyyən insanların sifarişi ilə düzənləyən üzdəniraq “mətbuat işçiləri” əksər hallarda layiq olduqları cəzanı almırlar. Buna görə də bəziləri neçə il bundan əvvəl yazılmış iftira və yalanları zaman-zaman yenidən öz saytlarında dərc etməklə hansısa məqsədlərinə nail olmağa çalışırlar. Belələri anlamaq istəmirlər ki, 1991-93-cü illərdə ölkəmizi parçalamaq, qondarma “Talış-Muğan respublikası”nı qurmaq xülyası ilə yaşayan Əlikram Hümbətovla hansısa işbirliyində ittiham etməyə çalışdıqları Məhərrəm Quliyev və onun ailəsi əslində həmin dövrdə cənub zonasında separatçılığa qarşı ölüm-dirim mübarizəsi aparan sağlam qüvvələrin önündə gedən insanlar olublar. Hər zaman dövlətə və dövlətçiliyimizə sədaqətlə xidmət etmiş bu insanları separatçılarla işbirliyində ittiham etməyin özü elə ən böyük xəyanətdir. Bu xəyanəti edənlər öz layiqli cəzalarını mütləq almalıdırlar.
Mən bir daha bütün həmkarlarımızdan artıq dərəcədə xahiş edərdim ki, belə məqamlarda son dərəcə ayıq-sayıq və həssas olsunlar və əsassız ittihamlar səsləndirilən materialların öz saytlarında təkrar dərc olunmasına qətiyyən imkan verməsinlər.
Rüstəm Zülfüqarlı,
Sahibkartv.az saytının baş redaktoru
Bölməyə aid digər xəbərlər

Tarix: 24-06-2024, 09:00 Oxunub: 191
Bölməyə aid digər xəbərlər
11-10-2023, 10:30
"Skripkanı çalan Fransadır" - PREZİDENT QARABAĞDAKI VƏZİYYƏT BARƏDƏ GENİŞ MƏLUMAT VERDİ
23-06-2023, 17:34
23 iyun – Dövlət Qulluqçularının Peşə bayramı günüdür
31-05-2023, 16:35
Prezident İlham Əliyev 28-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin rəsmi açılış mərasimində çıxış edib - YENİLƏNİB-3
13-04-2023, 12:18
Məhərrəm Quliyevin fəaliyyətinin əsasında hər zaman Ulu Öndər Heydər Əliyev ideyaları dayanır
3-02-2023, 17:16
Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu, Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclaslarının açılışı olub
5-09-2022, 10:06
Rüstəm Nağıyev: “Goranboy rayonunda indiyə qədər heç zaman sahibkarlığın inkişafı üçün bu gün olduğu qədər əlverişli şərait mövcud olmayıb”
22-08-2022, 20:39
İlham Əliyev və Mehriban Əliyeva V İslam Həmrəyliyi Oyunlarında nəticə əldə etmiş idmançılarla görüşüblər - YENİLƏNİB-2
4-05-2022, 15:29
İlham Əliyev Vahid Hacıyevi qəbul edib - ÇIXIŞLAR
5-02-2022, 12:11
"Yeni bazarlarda Azərbaycan qazına ehtiyac var. Biz hazırıq"
14-09-2021, 13:40
İlham Əliyev yeni təyin olunan icra başçılarını qəbul etdi - VİDEO
27-04-2021, 14:25
“Ağıllı kənd”in təməli qoyuldu, 200 fərdi ev tikiləcək
27-04-2021, 13:40
Sahibkarlar ölkə iqtisadiyyatının aparıcı qüvvəsidir
12-01-2021, 10:26
Şəhid ailələri və hərbçilərimiz ən çox hansı psixoloji problemlərlə üzləşir? - MÜSAHİBƏ
29-12-2020, 14:29
Bir qrup hərbçimiz “Şuşanın azad olunmasına görə” medalı ilə təltif edildi - SƏRƏNCAM
27-07-2020, 23:21
İlham Əliyev yeni təhsil nazirini qəbul etdi - YENİLƏNİB + FOTO/VİDEO
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO
21-07-2020, 18:03
İlham Əliyev və Mehriban Əliyeva Bakıda təqdimat mərasimində - YENİLƏNİB + FOTO/VİDEO
20-07-2020, 14:18
Qışa oduncaq tədarükü ilə bağlı ictimai dinləmələr keçiriləcək