Day, Month 00, Year
00: 00: 00 AM
Dr. Ədilə Ağayeva- Peşəkar həkim-rentgenoloq

Böyük nüfuza malik, qabaqcıl həkim olaraq tanınan mammoloq, rentgenoloq  Dr.Ədilə Ağayeva haqqında redaksiyamıza təşəkkürlər dolu məktublar daxil olur və pasientlər zəng vurub öz minnətdarlıqlarını işıqlandırmağımızı xahiş edirlər: Biz də, qürur duyuruq ki, Azərbaycan həkimi ilə həqiqətən də öyünməyə dəyər.
Ömrüm boyu əməksevər, sadə bir insan olmağa çalışmışam. Haqq-ədalətin, düzgünlüyün tərəfdarı olmuşam. Özümü həmişə sağlam hiss etmişəm. Lakin son dönəmlərdə səhhətimdə yaranan narahatlıq üzündən həkimə müraciət edəsi oldum. Həkimin mənimlə diqqətlə və səbirlə davranmağı onun insanlığını və xəstələrə olan qayğısından xəbər verirdi. Onu da deyim ki, hər bir həkim pasientə qarşı belə təmkinli olmur. Ədilə həkimin təyin etdiyi dəqiq rentgenoloji  diaqnoz əsasında alığım müalicə həyatda sağlam yaşamağıma səbəb oldu. Bu gün hal – hazırda ailəmin əhatəsindəyəm. Onların sevinc göz yaşları həkimin sayəsində oldu. O həkimin qızıl əlləri, heç vaxt dərd görməsin. Allah uğurlarını, nailiyyətlərini davamlı etsin. Onun kimi həkimlərə səhiyyəmizin ehtiyacı çoxdur.
Ədilə Ağayeva  Neçə - neçə insanlara dəqiq mammoloji diaqnozları ilə xoşbəxtlik bəxş edən gözəl insan, savadlı həkimim. Həyatda sağlam yaşamağımın başlıca səbəbkarı məhz siz oldunuz. 
Bunu Ədilə Ağayevanın həkimlik karyerasında dəqiq diaqnozu ilə sağalıb həyata qaytardığı insanların sağlıq durumları da, xəstə yaxınlarının dərin minnətdarlıq hissi ilə söylədikləri də bir daha sübut edir. Sağ olun Ədilə həkim, Tanrı sizi qorusun.
Pasiyentlərin səhhətinin keşiyində dayanan Ədilə Ağayeva da məhz öz üzərinə vəzifə olaraq götürdüyü nəcib peşənin öhdəsindən tam məsuliyyətlə gələrək ictimaiyyətin hörmət və ehtiramını qazanmışdır. Təbiidir ki, hər bir etimadı qazanana qədər adamın yolu müəyyən bir çətinlikdən, müəyyən bir əziyyətlərdən keçir. Əsas odur ki, həmin əziyyətlərə qatlaşaraq digərlərinin fiziki və mənəvi sağlamlığına təmənnasız xidmət edən Ədilə həkimi biz də tanımağımıza çox şad olduq. Nə yaxşı ki, Ədilə həkimin timsalında adını qürurla söyləyə biləcəyimiz əsil Azərbaycan həkimləri vardır. Sonda xalqımızın sağlamlığı keşiyində əzmlə dayanan dəyərli həkimlərimizə dərin minnətdarlığımı bildirirəm.


Tarix: 15-09-2020, 23:33 Oxunub: 289


Bölməyə aid digər xəbərlər