Müsahibim Baku Klinikasının həkim-rentgenoloqu Ədilə Ağayevadır. Dr. Ağayeva
Rentgen diaqnostikası müayinəsini qızıl standart olub, ilkin müayinə metodu hesab edilir. Ayrı-ayrı ixtisas həkimləri lazım olduqda pasiyentlərini rentgen müayinəsinə yönəldirlər.
Rentgen müayinəsi metodları
Rengenoqrafiya – ən geniş yayılmış metodlardan hesab edilir. Bu, bədənin hər hansı bir hissəsinin rentgen şüalarından istifadə etməklə, xüsusi fotomaterial üzərində çəkilməsidir.
Rentgenoqrafiya (daha çox rentgen kimi tanınınb) metodunun tətbiqi ilə misal üçün, dişlərin və ya skeletin təsvirini əldə etmək mümkündür.
Rengenoqrafiyadan, həmçinin, damarların və onurğanın kompleks diaqnostikası zamanı sınıqların müayinəsində, insan orqanizmində yad cismlərin aşkar olunmasında istifadə olunur. Rentgen stomatoloq, ortoped və travmatoloq tərəfindən təyin edilə bilər.
Rentgenoskopiya
Təsvirin ekrandan əldə olunması prosesidir. Onun vasitəsilə orqanları fəaliyyətdə olarkən müayinə etmək mümkündür. Söhbət diafraqmanın hərəkəti prosesindən, ürək döyüntüsündən, qida borusunun, bağırsaqların və mədənin peristaltikasından gedir.
Bu metodun vasitəsilə orqanların bir-birinə nisbətən necə yerləşdiyi haqda vizual təsəvvür almaq, müxtəlif patologiyaları aşkar etmək mümkündür.
Flyüoroqrafiya
Rentgen təsvirinin bilavasitə ekrandan çəkilməsi prosesidir. Bu, xüsusi avadanlıqlar vasitəsilə həyata keçirilir. Hazırda daha çox rəqəmsal flüoroqrafiya metodundan istifadə edilir. Flüoroqrafiyadan, əsasən, ağ ciyərlərin və döş qəfəsinin digər orqanlarının müayinəsində istifadə olunur.
Tomoqrafiya
Yunan dilindən tərcümədə “kəsiyin təsviri” mənasını verir. Başqa sözlə, tomoqrafiyanın məqsədi müayinə obyektinin, yəni orqanın daxili strukturunun çoxqatlı təsvirini almaqdır. Bu metod bir sıra orqanların, eləcə də bədən hissələrinin müayinəsində tətbiq olunur.
Kontrast rentgenoqrafiya
Adi rentgenoqrafiya olub, kontrast maddənin (barium sulfat) istifadəsi ilə həyata keçirilir. Bu texnologiyanın vasitəsilə bu və ya digər orqanın ölçüsü, forma və vəziyyətini, hərəkətlilik səviyyəsi, relyef tipi müəyyənləşdirilir, orqanın selikli qişasının vəziyyəti öyrənilir. Həmçinin, bu müayinə metodilə baş vermiş dəyişikliklər və yaranmış şişləri aşkara çıxarmaq olar. Bu metod o hallarda istifadə olunur ki, daha primitiv müayinə metodları tələb olunan nəticələri vermir.
Rentgen diaqnostikası nədir? Dr. Ədilə Ağayevadan açıqlama
Tarix: 15-09-2020, 08:14
/
Baxış: 813
Digər xəbərlər
Xəbər lenti
20:16
15-06-2026
15-06-2026
19:44
15-06-2026
15-06-2026
19:34
15-06-2026
15-06-2026
19:14
15-06-2026
15-06-2026
18:51
15-06-2026
15-06-2026
18:31
15-06-2026
15-06-2026
18:21
15-06-2026
15-06-2026
17:49
15-06-2026
15-06-2026
17:33
15-06-2026
15-06-2026
17:17
15-06-2026
15-06-2026
16:53
15-06-2026
15-06-2026
16:23
15-06-2026
15-06-2026
15:46
15-06-2026
15-06-2026
15:17
15-06-2026
15-06-2026
15:00
15-06-2026
15-06-2026
15:00
15-06-2026
15-06-2026
14:35
15-06-2026
15-06-2026
13:54
15-06-2026
15-06-2026
13:31
15-06-2026
15-06-2026
13:29
15-06-2026
15-06-2026
12:02
15-06-2026
15-06-2026
11:46
15-06-2026
15-06-2026
11:28
15-06-2026
15-06-2026
11:23
15-06-2026
15-06-2026
11:12
15-06-2026
15-06-2026
10:46
15-06-2026
15-06-2026
10:42
15-06-2026
15-06-2026
10:24
15-06-2026
15-06-2026
Ən çox baxılanlar
Sahibkarlıq
Biznes qurmaq çətindir, böyütmək daha çətindir
15-06-2026 20:16
/
27
Yeni dövrdə sahibkarlar məhsul yox, həll satır
15-06-2026 19:44
/
63
Pulun işlədiyi bizneslər niyə daha sürətli böyüyür?
15-06-2026 19:34
/
63
Sahibkarlıqda ən bahalı səhv müştərini tanımamaqdır
15-06-2026 19:14
/
72
Kiçik büdcə ilə böyük bazara çıxmağın yolları
15-06-2026 18:51
/
81
Bir qərar bütün biznesin taleyini dəyişə bilər
15-06-2026 18:31
/
90








































