Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Təhsil Nazirliyi: 1 585 namizəd vakant yer tutub

Baxış: 184
Bu ilin 10-11 sentyabr tarixlərində Azərbaycan dili (dövlət dili kimi), alman dili, ingilis dili, kimya, riyaziyyat və texnologiya fənləri üzrə keçirilən vakansiya seçimi mərhələsinin nəticələri açıqlanıb.
Təhsil Nazirliyindən QanunXebere verilən məlumata görə, elektron yerləşdirmənin nəticələri barədə məlumat namizədlərin şəxsi səhifələrinə göndərilib.
Nəticələrə əsasən, 1 585 namizəd vakant yer tutub.
"Vakant yer tutmuş namizədlər 17 sentyabr saat 18:00-dək zəruri sənədləri (şəxsiyyəti təsdiq edən sənədin, ali və ya orta ixtisas təhsili haqqında sənəd və ona əlavənin surəti, əmək kitabçasının əsli (olduğu təqdirdə), 4 ədəd fotoşəkil, sağlamlıq haqqında arayış, kadrlar uçotunun şəxsi vərəqəsi, şəxsi səhifədə işə qəbulun nəticəsinə dair çıxarış) aidiyyəti yerli təhsili idarəetmə orqanına təqdim etməlidirlər. Qeyd olunan tarixədək sənədlərini müvafiq yerli təhsili idarəetmə orqanına təqdim etməyən şəxslər tutduğu vakant yerdən imtina etmiş hesab olunacaq", - Nazirlikdən bildirilib.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.