Day, Month 00, Year
00: 00: 00 AM

Dr. Bəhruz Abbasov Bərdə Səhiyyəsinin fəxri

Əhali arasında yaxşı – peşəkar həkim kimi hörmət sahibi olan Bəhruz Abbasov sözün əsl –həqiqi mənasında öz ixtisası üzrə bilik və bacarığını qəlbən tətbiq edərək büxtələşən savadlı həkimdir. Ölkəmizdə bütün sahələrlə yanaşı səhiyyə sahəsinin də dinamik inkişafı xalqın sağlamlığına olan diqqət və qayğının yüksək göstəricisidir. Əlbət ki, bu tərəqqidə öz ixtisasını praktik bilikləri ilə insanların şəfasına sağlamlığına həsr edən peşəkar həkimlərin rolu əvəzsizdir. Dr. Abbasov həm bir nüfuz sahibi ziyalı kimi həm də şəfalı əlləri ilə xalqın keşiyində dayanaraq, əzmlə çalışan həkim kimi təqdirəlayiq xidmətləri ilə sayılıb, seçilən səhiyyə işçisidir.
Redaksiyamıza gələn məktublar arasında bir məktub diqqətimi cəlb etdi. Şahin İbrahimlinin   yazdığı məktubda Bərdə Diaqnostika Mərkəzinin həkim-cərrahı Bəhruz Abbasovun yaxşı həkim, xeyirxah insan olmasından söhbət açırdı: Mən nənəsi və bütün Şahinin yaxınları bu cür həkimlər qarşısında baş əyirik. Göydə ALLAH və yerdə Bəhruz həkim bizim balamıza elə məhz bizə də, yeni bir həyat bəxş etdi. Belə bir həkimin Bərdədə  olması ilə şəxsən mən və yaxınlarımız fəxr edirik. Qürurla deyə bilərik ki, Azərbaycanda övladlarımızın və demək olar ki hər bir yaş həddində olan insanların sağlamlıqlarının qayğısına qalan belə bir Mərkəz mövcuddur. Bizdə redaksiya heyətimiz adından çox dəyərli həkim, sözün həqiqi mənasında peşəkar, dəyərli insan Dr. Bəhruz Abbasova  Şahini yüksək səviyyədə əməliyyat  etdiyi, onu hər an baş verə biləcək ölümün əlindən aldığı üçün çox təşəkkür edirik.
-Bəzən olur ki, cüzi problemlə hansısa həkimin qəbuluna gedən xəstə elə bir münasibətlə qarşılaşır ki, hətta özü öz həyatından bezir. Bəhruz həkimi isə fərqləndirən onun mənəvi cəhətdən varlı olmasıdır. Bu varlılıq, bu sərvət insani keyfiyyətlərlə zəngin insanlara məxsusdur və xoşbəxtdir o kəs ki, onun haqqında: – Əsl bir insandır! – ifadələri səslənir. Dr. Abbasov  məhz belə bir insani dəyərlər sahibi olduğu üçün ona üz tutanların ardı arası kəsilmir. Əlbət ki, müsbət nəticələr artdıqca, həkimə inam da artır,  insanlar ümidlə o həkimə müraciət edirlər.

Həkimin uğurlu fəaliyyəti və nailiyyətləri qarşısında xalqımız adından ona təşəkkürümüzü bildirrik.
                               
                    


Tarix: 14-09-2020, 12:28 Oxunub: 352


Bölməyə aid digər xəbərlər