Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Təhsil Nazirliyinin "Məktəbə güllər gətirilməsin" açıqlamasından sonra gül salonları - VİDEO

Baxış: 393
Təhsil Nazirliyinin "məktəbə güllərin gətirilməsi lazım deyil, bu infeksiyaya səbəb ola bilər" açıqlamasından sonra gül salonlarına edilən sifarişlərin bəziləri ləğv edilməyə başlayıb. Buna baxmayaraq bəzi gül salonları hələdə həmin gün satışların yaxşı olacağına inanır.
QanunXəbər.com  Xəzər TV-yə istinadla xəbər verir ki, müxtəlif gül dəstələri ilə yanaşı, məktəblilər üçün xüsusi səbətlər də hazırlayan satıcılar indi çaş-baş qalıblar.
Deyirlər ki, Təhsil Nazirinin müşaviri Rüstəm Ağayevin valideynlərə dünənki müraciətindən sonra hazırladıqları gül dəstələrini sata bilməməkdən ehtiyat edirlər.
Satıcılar deyirlər ki, adətən 15 sentyabr günü güllərə təlabat çox olduğundan, onlar hazırlıqlara 4-5 gün öncə başlayıblar. Artıq bəzi sifarişlər də qəbul olunub. Lakin bu say ötən illərlə müqayisədə azlıq təkil edir.
Satıcıların sözlərinə görə, sözügedən qərardan sonra sifarişini ləğv etdirən valideynlər də olub.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.