Toxumçuluqda Nano-Texnologiyaların İnqilabı
14:21 / 22-02-2025
Sabah da qar yağacaq
13:50 / 22-02-2025
Üzümçülükdə Genetik Modifikasiya və Dayanıqlı Fermerlik
13:44 / 22-02-2025
DYP qara görə sürücülərə müraciət etdi
13:18 / 22-02-2025
Süni İntellekt Sahibkarlığın Yeni Lokomotivi Olacaq
13:00 / 22-02-2025
Ağ Evdəki Oval Ofisin tarixi masası dəyişdirildi
09:13 / 22-02-2025
Tramp və Putin 9 May Qələbə Gününü Moskvada qeyd edəcəklər
09:00 / 22-02-2025
Almaniyada Fərdi Sahibkarlar Üçün Vergi Yüngülləşdirmələri Tətbiq Ediləcək
22:11 / 21-02-2025
ABŞ-da Rəqəmsal Əmlak Sənədləri Blockchain Üzərindən Qeydiyyata Alınacaq
21:42 / 21-02-2025
BƏƏ-də Dikey Fermerlik Genişlənir
21:33 / 21-02-2025
İtaliyada Zeytun Yağı İstehsalında Yeni Fermentasiya Metodu Tətbiq Edilir
21:23 / 21-02-2025
Norveçdə Balıqçılıq Sənayesi Süni Zəka ilə Təkmilləşdirilir
20:32 / 21-02-2025
Fransa Daşınmaz Əmlak Sektorunda Yaşıl Binalara Daha Çox İnvestisiya Yatırır
20:18 / 21-02-2025
Avstraliyada Fermerlər Dronlarla Məhsul Mühafizəsini Təkmilləşdirir
19:49 / 21-02-2025
Hollandiya Dünyanın İlk Tam Avtomatlaşdırılmış Süd Fermasını Açıb
19:31 / 21-02-2025
Kanadada Süni Ət İstehsalı Üçün Yeni Biotexnologiya Fabriki Açılır
19:19 / 21-02-2025
Çində Yeni Tipli Ekoloji Marketlər Açılmağa Başlayır
18:51 / 21-02-2025
İspaniyada Dəniz Suyu ilə Suvarma Texnologiyası İstifadəyə Verilib
18:30 / 21-02-2025
İsveçdə Təsərrüfat Sahələri Üçün Smart İqlim İdarəetmə Sistemləri Yaradılır
18:21 / 21-02-2025
Yaponiyada Pilotsuz Kombaynlar Kənd Təsərrüfatında İnqilab Yaradır
17:39 / 21-02-2025
Argentinada Fındıq İstehsalı Üçün Yeni Genetik Növlər Sınaqdan Keçirilir
17:30 / 21-02-2025
Hindistanda Ekoloji Təmiz Süd Məhsullarına Maraq Artır
17:13 / 21-02-2025
Meksikada Kaktusdan Dəri Hazırlayan Startap Beynəlxalq Bazara Çıxır
16:44 / 21-02-2025
Rusiyada Aqrotexnologiya Sahəsində Yeni Sərmayələr Yatırılır
16:15 / 21-02-2025
Rubio: Tramp dövründə İran nüvə silahına malik olmayacaq
16:00 / 21-02-2025
Almaniya Bioloji Gübrələrə Keçid Edir
15:46 / 21-02-2025
Hava bu tarixdə düzələcək - RƏSMİ
15:30 / 21-02-2025
Cənubi Koreyada Gələcəyin Smart Fermer Təsərrüfatları Tikilir
15:00 / 21-02-2025
Putinin aqressiv davranışlarının səbəbkarı Tramp deyil - ŞƏRH
14:22 / 21-02-2025
Evdən çıxmasanız, yaxşıdır! - Hava daha da pisləşəcək
13:48 / 21-02-2025
"Taksilər şirkətimə böyük ziyan vurub"

“Hazırda taksi xidmətinin mövcud vəziyyəti ilə bağlı geniş müzakirələr aparılır. Son illərdə bu sahədə yol verilmiş ciddi boşluqlarn nəticəsi göz önündədir. Əlbəttə, hər kəsin daha az xərc çəkərək daha komfortlu səfər etmək istəyi var, bu, normal və kifayət qədər məntiqlidir. Lakin taksilərlə, motosikletlərlə, qeyri-qanuni sərnişindaşıma fəaliyyəti göstərən digər nəqliyyat vasitələri ilə içərisində 80-90 nəfər olan avtobus niyə eyni vaxtda tıxacda qalmalıdır? Belə olan halda insanlar təbii olaraq ictimai nəqliyyatdan imtina edir, şəxsi minik vasitələrinə yönəlir və şəhərimizdə daha acınacaqlı vəziyyət yaranır.
Təəssüf ki, tıxacların günbəgün artması ekoloji vəziyyətin pisləşməsinə, cəmiyyətdə xroniki stresə gətirib çıxarır. Bütün bunlar bir daha göstərir ki, dünyanın inkişaf etmiş ölkələrində olduğu kimi bizdə də ictimai nəqliyyat prioritet olmalıdır. İnsanlar daha az ödəniş etməklə daha qısa vaxtda və daha komfortlu səfər etmək imkanına sahib olmalıdır ki, biz də müasir avtobuslarımızla bunu təmin etməyə hazırıq”.
Sahibkartv.az xəbər verir ki, bunu “Xaliq Faiqoğlu” MMC-nin rəhbəri Faiq Seyidov deyib.
Faiq Seyidov əlavə edib ki, son 5 il ərzində tamamilə nəzarətsiz qalmış taksi fəaliyyəti rəhbərlik etdiyi şirkətə böyük ziyan vurub: “Hər kəsin də gördüyü kimi, bir çox taksilər ictimai nəqliyyatın hərəkətinə qəsdən və ya şüursuz şəkildə böyük çətinliklər yaradır. Avtobus dayanacaqlarının zəbt edilməsi, süni tıxacların yaradılması, iritutumlu nəqliyyat vasitələrinin hərəkətinin çətinləşməsi ilə yanaşı sığortasız fəaliyyət göstərən taksilərin törətdiyi qəzalar da bizə problemlər yaradır. Təkcə 2022-ci il ərzində taksilər tərəfindən avtobuslarımıza qarşı 182 hadisə törədilmişdir ki, bu avtomobillərin də əksəriyyətinin sığortasız olması müəyyən edilmişdir”.
Avtobus zolaqlarının vacibliyi, taksi fəaliyyətinə nəzarətin artırılması kimi məsələlərin əhəmiyyətinə toxunan “Xaliq Faiqoğlu” şirkətinin rəhbəri geridə qalan illər ərzində şirkət olaraq avtobus parkını böyük ölçüdə yenilədiklərini deyib: “Son illər ərzində avtobus parkımızı 80 faizdən çox yeniləmişik, müasir Avro-5 və Avro-6 standartlarına cavab verən avtobusları sərnişinlərimizin istifadəsinə vermişik. Düşünürəm ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin təşkilatçılığı ilə yaxın vaxtlarda ictimai nəqliyyatla bağlı əhəmiyyətli yeniliklər baş verəcəkdir.
Hesablamalarımıza görə avtobus zolaqlarının istifadəyə verilməsi və digər tənzimləyici tədbirlər itirdiyimiz 40 faizədək sərnişinin geri qayıtmasına, avtobusların səfər dövriyyəsinin artmasına, intervalların təbii olaraq azalmasına gətirib çıxaracaq və vətəndaş məmnuniyyətini xeyli artıracaq. Paralel olaraq operator şirkətlərə dəstək tədbirlərinin həyata keçirilməsi, 2023-cü il 1 fevralından dayandırılan yanacaq subsidiyasının verilməsinin bərpası, uzun illərdir daşıyıcı şirkətlərə verilməyən uzunmüddətli müqavilələrin təqdim edilməsi təmsil etdiyimiz sektorun dirçəlməsinə və şəhərimizin lokomotiv gücünə çevrilməsinə gətirib çıxaracaq.
“Xaliq Faiqoğlu” şirkətinin rəhbəri AYNA-ya üzərinə götürdüyü məsuliyyətlərin icrasında dəstək verəcəklərini vurğulayb: “Biz beynəlxalq və yerli maliyyə qurumları ilə əməkdaşlıq edərək ölkəmizə xarici investisiyaların cəlb edilməsi, avtobus parklarının yenilənməsi məqsədilə layihələr icra edirik. Xüsusi vurğulamaq istəyirəm ki, 2018-ci ildə Avropa Yenidənqurma və İnkişaf Bankı ilə müasir avtobusların alınması və paytaxt sakinlərinin xidmətinə verilməsi məqsədilə 12 milyon avroluq müqavilə imzalamışdıq. Lakin həmin dövrdə Bakı Nəqliyyat Agentliyinin qanunvericiliyin tələbini pozaraq bizimlə uzunmüddətli müqavilə yox, qısamüddətli müqavilələr təqdim edərək, bağlamalı olduğu müqaviləni məqsədli şəkildə verməyərək süni maneələr yaratması layihənin yarımçıq dayandırılmasına, böyük maliyyə itkimizin formalaşmasına səbəb oldu.
Halbuki Nazirlər Kabinetinin müvafiq qərarı ilə tənzimləyici qurumla daşıyıcı şirkət arasında “avtomobil nəqliyyatı ilə marşrut üzrə sərnişindaşıma xidmətlərinin göstərilməsi haqqında” müqavilənin bağlanması tələbi müəyyən edilib. Lakin BNA tərəfindən bu müqavilələrə çox qısa müddətlər tətbiq etməsi və sair digər qanunsuz addımları sektorun dayanıqlılığının itirməsinə, maliyyə institutları tərəfindən etimadın azalmasına və sair ciddi risklərlə qarşı-qarşıya qalmasına gətirib çıxarıb.
Bütün bu çətinliklərdən keçmiş bir şirkətin rəhbəri olaraq hazırda AYNA-nın gördüyü işləri, sektorda sağlamlaşmanın həyata keçirilməsi bizdə böyük ümid və stimul yaradır. İnanırıq ki, AYNA-nın başlatdığı bu prosesdə bizim və özəl sektorun böyük dəstəyi olacaq. Hazırda AYNA ilə birgə bir sıra perspektiv layihələri nəzərdən keçiririk. Bunlardan biri Bakı və Sumqayıt arasında metrobusların (Türkiyə istehsalı olan "OTOKAR" markalı 22 ədəd 21 metrlik elektrikmühərrikli metrobus nəqliyyat vasitəsi) fəaliyyətə başlaması ilə bağlı layihədir. Bu layihə reallaşarsa, iki böyük şəhər arasında dayanıqlı və keyfiyyətli sərnişindaşımanın həyata keçirilməsi istiqamətində böyük addım olacaq. İnanırıq ki, bu kimi mütərəqqi ideyalar qısa vaxtda həyata keçəcək və nəqliyyat şəbəkəsinin inkişafına dəstək olacaq".
Faiq Seyidov bildirib ki, ölkədə qeydə alınan iqtisadi göstəricilər Prezident İlham Əliyevin təyin etdiyi iqtisadi siyasət xəttinin məntiqi nəticəsidir: “Ölkədə biznes mühitinin yaxşılaşdırılması, sahibkarlığa dövlət dəstəyinin gücləndirilməsi, qanunvericilik bazasının təkmilləşdirilməsi və digər tədbirlər nəticəsində ümumi daxili məhsulun həcmində özəl sektorun payının artması ölkə iqtisadiyyatındakı şaxələnməni və bu tendensiyanın dərinləşməsini təmin edir.
“Xaliq Faiqoğlu” şirkəti müntəzəm sərnişindaşıma sahəsində fəaliyyət göstərən özəl şirkət olaraq daim dövlətimizin və Prezident İlham Əliyevin özəl sektora verdiyi əhəmiyyəti, diqqəti hiss edib. Şirkət bundan sonrakı dövrdə də dövlət rəhbərliyinin etimadını doğrultmaq üçün əlindən gələni edəcək və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin həyata keçirdiyi layihələrdə yaxından iştirak edəcək. Dövlət başçısının sahibkarlara göstərdiyi diqqət və qayğı bizim üçün qürur mənbəyidir. Bizim təminatımız dövlətimiz və onun sahibkarlara verdiyi dəstəkdir”.
Bölməyə aid digər xəbərlər
"Taksilər avtobusların hərəkətinə çətinliklər yaradırlar, dayanacaqları zəbt edirlər, qəzalar törədirlər"

Tarix: 20-06-2023, 10:27 Oxunub: 155
Bölməyə aid digər xəbərlər
10-05-2023, 09:49
Ümummilli Lider Heydər Əliyev - dövlətə və xalqa xidmətin ali meyarını yaratmış tarixi şəxsiyyət
3-02-2023, 17:16
Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu, Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclaslarının açılışı olub
3-11-2022, 11:19
Fövqəladə vəziyyətin tətbiq edildiyi ərazinin komendantlığının fəaliyyəti qaydası təsdiqlənib
4-10-2022, 10:15
Emin Əliyev: “Azərbaycanda “təbii” adı ilə satılan məhsulların heç biri orqanik deyil”
16-06-2022, 18:35
Prezident İlham Əliyev IX Qlobal Bakı Forumunda çıxış edib - YENİLƏNİB-3
25-05-2022, 20:38
Əhali aldığı mənzilə görə ödədiyi ƏDV-nin 30%-ni geri ala biləcək
19-05-2022, 16:04
Daha bir publik hüquqi şəxs yaradıldı - FƏRMAN
4-05-2022, 15:29
İlham Əliyev Vahid Hacıyevi qəbul edib - ÇIXIŞLAR
5-02-2022, 12:11
"Yeni bazarlarda Azərbaycan qazına ehtiyac var. Biz hazırıq"
31-01-2022, 10:52
Azərbaycanda təhsil seqreqasiyası: Həkimləri birinci və ikinci dərəcəliyə ayıran qərarlar - ARAŞDIRMA + FOTO
11-05-2021, 08:29
"Biz Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşmasına səmimi qəlbdən maraq göstəririk"
27-04-2021, 14:25
“Ağıllı kənd”in təməli qoyuldu, 200 fərdi ev tikiləcək
6-02-2021, 12:19
Maliyyə Nazirliyində geniş kollegiya iclası keçirilib
13-09-2020, 18:35
Karantin rejimi ilə bağlı yeni qərar - BU MƏHDUDİYYƏTLƏR QALIR
27-07-2020, 23:21
İlham Əliyev yeni təhsil nazirini qəbul etdi - YENİLƏNİB + FOTO/VİDEO
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO
21-07-2020, 18:03
İlham Əliyev və Mehriban Əliyeva Bakıda təqdimat mərasimində - YENİLƏNİB + FOTO/VİDEO
9-07-2020, 22:29
Pandemiyadan zərər çəkənlərə bank kreditləri üzrə dövlət zəmanətinin verilməsi QAYDASI