Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Türkiyənin karqo şirkəti Azərbaycana sərmayə qoyaraq Orta Asiya bazarına çıxır

Baxış: 248


Türkiyənin “Aras Kargo” şirkəti “Aras Global” markası ilə beynəlxalq bazarlara çıxış strategiyası çərçivəsində ilk olaraq Azərbaycanın “Star Express” karqo şirkətinin səhmlərini alıb.
“Sahibkartv.az” Türkiyə mətbuatına istinadən xəbər verir ki, “Aras Kargo” “Starex” markası ilə xidmət göstərən şirkətin 75 %-ni almaqla “Aras Global” ilə Azərbaycanda karqo xidmətləri göstərməyə başlayıb.
Şirkət bu cür addımları digər türk dövlətlərində də həyata keçirməyi planlaşdırır.
“Aras Kargo” şirkətinin baş direktoru Utku Ayyarkın bildirib ki, şirkətin bu addımı, eyni zamanda, Azərbaycanda elektron ticarətin həcmini artıracaq.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.