Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

"Təmiz Şəhər": "Azərbaycanda tullantıların idarə olunması ilə bağlı qanunvericiliyə yenidən baxılmalıdır"

Baxış: 286


Azərbaycanda tullantıların idarə olunması ilə bağlı qanunvericiliyə yenidən baxılmasına ehtiyac var.
"Sahibkartv.az" xəbər verir ki, bunu "Təmiz Şəhər" ASC-nin Hüquq şöbəsinin müdir müavini Mirzə Laçınov bu gün keçirilən Milli Məclisin Tebii ehtiyatlar, energetika və ekologiya, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında deyib.
"Hazırda tullantıların idarə olunması ilə bağlı qanunvericilik keçid mərhələdədir. Müasir dövrün tələbləri və bu sahədə gedən proseslər özlüyündə tələb edir ki, sözügedən qanunvericiliyə yenidən baxaq. Sadəcə bu, bir qədər vaxt tələb edən prosesdir. Biz istəyirik ki, tullantılara artıq bir tullantı kimi yox, iqtisadi dövriyyəyə qaytarılmalı olan bir xammal kimi baxıldığı yanaşmanı ortaya qoyaq. Ümumiyyətlə beynəlxalq təcrübədə gedən tendensiyalar da belədir", - deyə M.Laçınov əlavə edib.


Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.