Day, Month 00, Year
00: 00: 00 AM
Naxçıvanda yeni avtomobilin istehsalına başlanılıb


Naxçıvan Avtomobil Zavodu yeni “Maple X3 PRO” avtomobillərinin istehsalına və satışına başlayıb.
“Sahibkartv.az”ın yerli bürosu xəbər verir ki, dinamik görünüşə malik olan yeni model həm eksteryeri, həm də interyeri ilə diqqəti cəlb edir.
Avtomobil ekonomiklik baxımından da sərfəlidir. Belə ki, “Maple X3 pro” modellərinin yanacaq sərfiyyatı qarışıq rejimdə 5.9 litr təşkil edir. Arxa park radar və görüntü kamerası ilə təchiz olunub. Eyni zamanda çoxfunksiyalı sükan, sensor monitor, USB giriş, dəri oturacaqlar, kondisioner, mərkəzi kilid sistemi hərəkət zamanı sürücülərə əsl rahatlıq yaşadacaq.
İstehsalçı avtomobili iki variantda – mexaniki və avtomat sürətlər qutusu ilə təchiz edərək satışa çıxarır.
Avtomobillər istehsal xəttindən buraxıldıqdan sonra xüsusi ayrılmış ərazidə yoxlanılır, test yürüşü edilərək satış salonlarına göndərilir. Avtomobil Avro 4 standarlarına cavab verir və müxtəlif rəng seçimləri ilə təklif olunur.

Tarix: 15-03-2023, 16:30 Oxunub: 99


Bölməyə aid digər xəbərlər