21:49 / 23-11-2024
21:18 / 23-11-2024
20:45 / 23-11-2024
20:23 / 23-11-2024
19:42 / 23-11-2024
19:16 / 23-11-2024
18:52 / 23-11-2024
18:18 / 23-11-2024
17:21 / 23-11-2024
16:46 / 23-11-2024
16:00 / 23-11-2024
15:30 / 23-11-2024
14:16 / 23-11-2024
13:19 / 23-11-2024
13:10 / 23-11-2024
12:55 / 23-11-2024
12:50 / 23-11-2024
12:43 / 23-11-2024
11:20 / 23-11-2024
11:14 / 23-11-2024
10:18 / 23-11-2024
10:04 / 23-11-2024
09:57 / 23-11-2024
09:52 / 23-11-2024
09:39 / 23-11-2024
09:21 / 23-11-2024
22:14 / 22-11-2024
21:43 / 22-11-2024
Bu gün Türkiyənin Kayseri şəhərində Azərbaycana dəstək məqsədilə aksiya keçirilib.
Kayserinin mərkəzindəki Cümhuriyyət meydanında “Turan” dərnəyinin təşkilatçılığı və 53 qeyri-hökumət təşkilatının iştirakı ilə keçirilən aksiyaya Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan və Şimali Kipr vətəndaşları qatılıb.
“Yeddi dövlət, bir millət, susma artıq üsyan et, bitsin artıq bu zillət!”, “Ya Qarabağ, ya ölüm!”, “Qansa qan, cansa can, səninləyik Azərbaycan!”, “Qarabağ Türk torpağıdır!” şüarları səsləndirilən aksiyada Kayseridəki Ərciyəz Universitetinin müəllimləri, azərbaycanlı ziyalılar, tələbələr çıxış ediblər.
Mitinq iştirakçılarına Azərbaycan tarixi torpaqları, Ermənistan təcavüzkarlığı haqqında məlumatlar verilib, 12 iyuldan Ermənistanın Azərbaycanın Tovuz rayonuna başlayan hücumları qınanıb, şəhidlər sayğı ilə anılıb.
Mitinq şair Əhməd Cavadın sözlərinə Üzeyir Hacıbəyovun bəstələdiyi “Çırpınırdı Qara dəniz” mahnısının ifası ilə başa çatıb.
Türkiyədə Azərbaycanın Tovuz rayonu istiqamətindəki dövlət sərhədində Ermənistan silahlı qüvvələrinin hərbi təxribat törətməsi və təcavüzkar ölkənin Azərbaycana qarşı işğalçı siyasəti ilə bağlı etiraz aksiyası keçiriləcək.
Oxu.Az xəbər verir ki, aksiya Kayseri Cumhuriyyət Meydanında baş tutacaq.
İyulun 26-sı Türkiyə saatı ilə 16:00-da başlanacaq aksiyaya yeddi türk dövlətinin nümayəndələri qatılacaq.
Aksiyanın əsas şüarı “Qansa qan, cansa can, səninləyik, Azərbaycan. Yedi dövlət tək millət”dir.
Bizimlə əlaqə saxlayın
Bölməyə aid digər xəbərlər