Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Erməni politoloq: “Nikol Paşinyan və hiyləgər tayfası Rusiya ilə münasibətləri məhv edir”

Baxış: 313
“Nikol Paşinyan və hiyləgər tayfası qərbyönümlü qrantların köməyi ilə Rusiya-Ermənistan münasibətlərini məhv edir”.
Bu sözləri erməni politoloq Menya Arutyunyan “Facebook” hesabında yazıb. 
Onun sözlərinə görə, rəsmi Kreml erməni xalqına bir neçə dəfə bildiriş göndərərək, anti-Ermənistan qüvvələrinin qovulmasının və hakimiyyətə Ermənistan-Rusiya münasibətlərini dəstəkləyənlərin gəlməsinin vacibliyini qeyd edib:
“Əgər biz Kremldən gələn bu mesajlara fikir verməsək, onda Rusiyada yaşayan ermənilər üçün mühit dəyişəcək, bir çox qapılar üzümüzə bağlanacaq”.
Arutyunyan deyib ki, 2019-cu ilin payızında Rusiya Prezidenti Vladimir Putinin Ermənistanın sabiq və hazırda həbsdə olan prezidenti Robert Koçaryanın həyat yoldaşı ilə görüşməsi də belə bildirişlərdən biri idi.
“Bir sözlə, Ermənistan-Rusiya münasibətlərinin dağılması Ermənistanın müstəqilliyini və erməni xalqının gələcəyini şübhə altına qoyur”.
Qeyd edək ki, 2019-cu ilin oktyabrında Putin Avrasiya İqtisadi Birliyinin forumunda iştirak üçün Yerevana səfər etmiş və Koçaryanın arvadı ilə görüşmüşdü. O zaman Paşinyan Putinlə görüşə bilməmiş və onun dalınca aeroporta getmişdi.

Bizimlə əlaqə saxlayın


Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.