BMT-nin sifarişi ilə humanitar yardım daşıyan Keniyanın “Bluebird Aviation” aviaşirkətinin təyyarəsi hürkən ulaqlara görə qəzaya uğrayıb.Bu barədə “Daily Nation” xəbər yayıb.
Məlumata görə, eniş edən təyyarənin səsindən qorxan heyvanlar uçuş-eniş zolağına tərəf qaçıblar. Bu səbəbdən pilotlar dərhal kursu dəyişmək və təyyarəni döndərmək qərarına gəliblər. Nəticədə, hava gəmisi təpələrə çırpılıb.
Hadisə iyulun 15-də baş versə də, qəzanın səbəbləri bu gün açıqlanıb.
Məlumata görə, qəza vaxtı təyyarədə üç nəfər – iki pilot və bir sərnişin olub.







































