Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Qayınata tülkü əvəzinə gəlinini güllələyib öldürdü

Baxış: 235
Türkiyənin Bartın vilayətində qayınata gəlinini tülkü sanaraq öldürüb.
“HaberGlobal” məlumat verir ki, 67 yaşlı Mustafa Gökçe bostandan lobya yığan 31 yaşlı gəlini Könül Gökçeni güllə ilə vurub.
Belə ki, ailəyə məxsus həyətdə tülkü üç toyuğu tələf edib. Axşam həyətdən gələn səsə çıxan M.Gökçe evinin eyvanından iki dəfə atəş açıb. Güllə iki uşaq anası K.Gökçenin boyun nahiyəsinə dəyib. Həkimlər onun həyatını xilas edə bilməyiblər.
Hadisəni törədən şəxs saxlanılıb. Polis araşdırmalara başlayıb.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.