Sahibkartv.az Məlumata görə, hazırda beynəlxalq təcrübəyə uyğun olaraq operativ idarəetmə mexanizmlərinin, vahid texnoloji prosesin yaradılmasının, SOCAR emal zəncirinin dayanıqlı fəaliyyətinin təmin olunmasının, hazır məhsulun rəqabət qabiliyyətinin, həmçinin Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühit (SƏTƏM) normativlərinə daha da ciddi riayət olunmasının gücləndirilməsi məqsədilə SOCAR-ın neft-qaz emalı və neft-kimya sənayesi üzrə fəaliyyət göstərən digər emal müəssisələrinin də qanunvericilik və nizamnamələr nəzərə alınmaqla “SOCAR Downstream Management” şirkətinin idarəetməsinə verilməsi prosesinə start verilib. Bu emal müəssisələri arasında “Azərikimya” İstehsalat Birliyi, Karbamid zavodu, Metanol Zavodu, “SOCAR Polymer”, Qaz Emalı Zavodu da var.
Sinerji yaradılaraq xərclər optimallaşdırılır
Xatırladaq ki, SOCAR-ın neft-qaz emalı və neft-kimya müəssisələrinin yenidən qurulması, modernizasiyası, həmin müəssisələrin emal, istehsal, əməliyyat, keyfiyyətə nəzarət, əməyin təhlükəsizliyi, təmir-baxım işlərinin koordinasiyası, xammal və aralıq məhsulun ötürülməsi, digər texniki, texnoloji və kommersiya əməliyyatlarının səmərəli həyata keçirilməsi, habelə maliyyə resurslarının daha rentabelli idarə edilməsi məqsədilə 2019-cu ilin sonunda SOCAR-ın təsisçiliyi ilə “SOCAR Downstream Management” şirkəti yaradılıb.
Belə ki, Heydər Əliyev adına Neft Emalı Zavodu (NEZ) “SOCAR Downstream Management” şirkətinin idarəetməsinə iki il öncə verilərək innovativ və beynəlxalq təcrübələrin tətbiqi, idarəetmə və əməliyyatların optimallaşdırılması istiqamətində mühüm tədbirlərin, o cümlədən biznes prosesləri, SƏTƏMM, aktivlərin idarə edilməsi, istehsalatın düzgün proqnozlaşdırılması və planlaşdırılması istiqamətində “Əməliyyat Mükəmməlliyi” proqramlarının icrasına başlanılıb.
Bu proses şaquli inteqrasiya prinsipi əsasında həyata keçirilir. Belə ki, şaquli inteqrasiya çərçivəsində SOCAR-ın neft emalı və neft kimya müəssisələrinin dəyər zənciri üzrə bir-biri ilə inteqrasiyalı fəaliyyəti nəticəsində güclü sinerji yaradılaraq xərclərin optimallaşdırılması və gəlirlərin artırılması hədəflənir. Hazırda Heydər Əliyev adına NEZ, “Azərikimya” və “SOCAR Polymer” müəssisələri vahid dəyər zənciri üzrə bir-birini xammal ilə təmin edir. Bu müəssisələr arasında şaquli inteqrasiya əsasında güclü sinerji yaradılaraq istehsalat prosesində səmərəliliyin artırılması, fasiləsiz istehsalatın təmin edilməsi, nəticədə SOCAR-ın xarici bazarlarda rəqabət qabiliyyətinin artırılması hədəflənir.
Emal və neft kimya müəssisələrinin vahid mərkəzdən idarəedilməsi, idarəetmədə səmərəliliyi artırmaqla yanaşı, layihələrin daha sürətli icrasına, əməyin təhlükəsizliyinin gücləndirilməsinə, rəqəmsal və innovativ texnologiyaların tətbiqinə, insan kapitalının yüksəlməsinə və əməkdaşların karyera inkişafının təmin edilməsinə zəmin yaradacaq.
Əlavə maliyyə dəyəri yaradılacaq
Bundan başqa, 2019-cu ilin noyabr ayında da SOCAR-ın Türkiyədəki törəmə müəssisələri olan “Petkim”, STAR neft emalı zavodu (NEZ), “SOCAR Petrol Ticarət” və “SOCAR Depolama” şirkətləri arasında şaquli inteqrasiyanın təmin edilməsi və güclü sinerjinin yaradılması məqsədilə “Neft-emalı və Neft-kimya Biznes Bölməsi” yaradılıb.
Pandemiya dövrünün çətinliklərinə və qlobal miqyasda təchizat zəncirində baş verən fasilələrə baxmayaraq, “Petkim” və STAR NEZ-in inteqrasiyalı fəaliyyəti nəticəsində yaradılan güclü sinerji ilə hər iki müəssisə fasiləsiz istehsal prosesinə nail olub, rəqabət qabiliyyətini artırıb. Hazırda “Petkim” və STAR NEZ-in inteqrasiyalı fəaliyyəti nəticəsində “Petkim” əsas xammal ehtiyacı olan yüngül nafta məhsulunu STAR NEZ-dən daha yüksək keyfiyyətdə tam təchiz edir.
STAR NEZ-dən əvvəl isə “Petkim” yüngül nafta xammalının tamamını xarici ölkələrdən idxal edirdi. Beləliklə, “Petkim” yüngül nafta idxalı üçün sərf etdiyi nəqliyyat və idxal xərclərini tamamən aradan qaldıraraq rəqabət qabiliyyətini artırmağa və daha keyfiyyətli və stabil yüngül nafta istifadəsi sayəsində gəlirlərini artırmağa nail olub.
Eyni zamanda “Petkim” və STAR NEZ-in inteqrasiyalı fəaliyyəti nəticəsində istehsal prosesi daha səmərəli idarə olunmağa başlanıb.
Qeyd edək ki, xammalın idxalı nəticəsində nəqliyyat və digər səbəblərdən yaranan gecikmələr istehsal proseslərinə birbaşa mənfi təsir göstərir ki, bu da məhsulun maya dəyərinin artmasına və hədəf bazarlarda rəqabət qabiliyyətinin azalmasına gətirib çıxarır. Bu hadisə ən çox pandemiya dövründə təchizat zəncirlərində yaranan fasilələrdə özünü bariz bir şəkildə göstərmiş olub.
“Petkim” və STAR NEZ-in inteqrasiyalı fəaliyyəti nəticəsində müxtəlif kateqoriyalarda, xüsusilə istehsalat, satınalma, ticarət, texniki xidmət, maliyyə, İT və korporativ xidmətlər sahəsində yaradılan əlavə maliyyə dəyəri 2019-2021-ci illər üzrə təqribən 100 milyon ABŞ dolları təşkil edib.
Onu da qeyd edək ki, SOCAR-ın ölkə daxilində fəaliyyət göstərən neft-qaz emalı və neft-kimya müəssisələrinin inteqrasiyalı fəaliyyəti nəticəsində də əhəmiyyətli dərəcədə əlavə maliyyə dəyərinin yaradılması hədəflənir.
"Yaşıl Françayzinq" modeli ilə yeni sahibkarlar yetişir
19:49 / 14-04-2025
Dubayda Startaplar üçün AI Katib Sistemi Aktivləşdirildi
19:19 / 14-04-2025
“AgroPay” ilə Fermerlər Rəqəmsal Ödəniş Sisteminə Keçir
18:30 / 14-04-2025
Almaniyada Yaşlı Sahibkarlar üçün Yeni Tətbiq: “Biznesə 60+ ilə Başla”
18:20 / 14-04-2025
Sakit Okean Adasında Günəşlə İşləyən Kofe Brendi Yaradıldı
17:47 / 14-04-2025
Metaversdə İlk Rəqəmsal Manav Açıldı – Təzə Meyvələr NFT ilə Satılır
17:17 / 14-04-2025
Braziliyada Təkrar Emal Fabriki Sahibkarlara Pulsuz Material Təmin Edir
16:46 / 14-04-2025
Süni intellekt qətl və qurbanları qabaqcadan müəyyən edəcək - Yenilik
16:00 / 14-04-2025
Gələcəyin İstehsalçıları: Rumıniyada 3D Yazıcı ilə Ayaqqabı Biznesi Başladı
15:44 / 14-04-2025
Sudan sonra insan sağlamlığı üçün ən faydalı içki açıqlandı
15:30 / 14-04-2025
Afrikada Rəqəmsal Səyyar Bankçılıq Sahibkarların Qapısını Açır
15:16 / 14-04-2025
İspaniyada Mesaj Daşıyan Dron Tətbiqi Sahibkarların Marağındadır
15:00 / 14-04-2025
ABŞ yaxın vaxtlarda İranla bağlı qərarını verəcək - Tramp
14:22 / 14-04-2025
Əməliyyat zamanı canlı yayım açan həkimlərə - Xəbərdarlıq
13:23 / 14-04-2025
Həbs edilən sabiq məmurun şok əməlləri - 6,5 milyonluq fırıldaq
13:11 / 14-04-2025
Bakıda güclü yağış yağacaq - Subasma ehtimalı da var
12:58 / 14-04-2025
Bu şəxslərin təhsil haqqını dövlət ödəyəcək - Prezident təsdiqlədi
12:53 / 14-04-2025
Onlar sosial vergi ödəməyəcək
12:31 / 14-04-2025
İlham Əliyev Faiq Həsənovu təbrik etdi
11:54 / 14-04-2025
Cəlilabadda yol təmirinə 1,5 milyon manat ayrıldı
11:49 / 14-04-2025
İNANILMAZ HADİSƏ! Fəsillər qarışdı: Eyni anda həm yaz, həm qış yaşanır
11:14 / 14-04-2025
DİN-dən SON DƏQİQƏ XƏBƏRDARLIĞI - Təhlükə var!
10:42 / 14-04-2025
Çindən ABŞ-a böyük zərbə: Bu məhsulların ixracı dayandırıldı
10:22 / 14-04-2025
İran-Ermənistan təlimində Peyğəmbər qızının adı – bu İslamın təhqiridir!
10:07 / 14-04-2025
Siqaret yenə bahalaşdı
10:01 / 14-04-2025
SOCAR xarici bazarlarda rəqabət qabiliyyətinin artırılmasını hədəfləyir
Bölməyə aid digər xəbərlər
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) xarici bazarlarda rəqabət qabiliyyətinin artırılmasını hədəfləyir.
Tarix: 30-08-2022, 11:26 Oxunub: 472
Bölməyə aid digər xəbərlər
21-07-2022, 16:30
İnzibati Prosessual Məcəlləyə yeni fəsil əlavə edilib
19-05-2022, 16:04
Daha bir publik hüquqi şəxs yaradıldı - FƏRMAN
15-04-2022, 19:47
Azərbaycanda 2022-nin ortalarından “AVRO-5” dizel, 2023-ün ortalarından isə “AVRO-5” benzin istehsal olunacaq
11-03-2022, 16:03
Azərbaycan QHT-ləri Avropa Parlamentinə etiraz etdi – MƏTN
5-02-2022, 12:11
"Yeni bazarlarda Azərbaycan qazına ehtiyac var. Biz hazırıq"
29-10-2021, 13:56
Qızıl 1-ci, pambıq 2-ci, pomidor 3-cü yerdədir
11-08-2021, 15:01
Ağdam sənayə parkı Qarabağ regionunun bərpasını sürətləndirəcək – TƏHLİL
21-07-2021, 14:04
SOCAR-ın Karbamid zavodu artıq tam gücü ilə işləyir
21-07-2021, 09:14
SOCAR Metanol zavodunu da dirçəltdi - İstehsalını 100 faizə çatdırdı
5-05-2021, 13:39
“SOCAR Türkiyə” tullantısız istehsalat sahəsində uğura imza atdı
29-04-2021, 12:16
Ümumdünya Əməyin Mühafizəsi günü ilə əlaqədar konfrans keçirilib
27-04-2021, 14:25
“Ağıllı kənd”in təməli qoyuldu, 200 fərdi ev tikiləcək
6-02-2021, 12:19
Maliyyə Nazirliyində geniş kollegiya iclası keçirilib
29-12-2020, 14:29
Bir qrup hərbçimiz “Şuşanın azad olunmasına görə” medalı ilə təltif edildi - SƏRƏNCAM
1-12-2020, 12:30
Azərbaycanda sahibkarlıq sürətlə inkişaf edir
15-09-2020, 11:19
Baş nazir Qərar imzaladı