Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Azərbaycan Avstraliyanın hidrogen istehsalçısı ilə əməkdaşlıq imkanlarını müzakirə edib

Baxış: 299


Azərbaycan Avstraliyanın hidrogen istehsalçısı ilə əməkdaşlıq imkanlarını müzakirə edib
Energetika naziri Pərviz Şahbazov ölkəmizdə səfərdə olan Avstraliyanın “Fortescue Future Industries” şirkətinin sədri Endryu Forrestin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Bu barədə "sahibkartv.az"a nazirlikdən bildirilib.
Məlumata görə, görüşdə “yaşıl enerji”, Xəzər dənizinin külək potensialından səmərəli istifadə, həmçinin “yaşıl hidrogen” istehsalı və ixracı sahələrində investisiya əsaslı əməkdaşlıq məsələləri müzakirə edilib.
Şirkət nümayəndələrinə Azərbaycanın enerji tarixi, karbohidrogen ixracı infrastrukturu, mövcud “yaşıl enerji” potensialı, bu sahədə müəyyənləşdirilmiş strateji hədəflər, görülmüş işlər və sahəyə özəl, o cümlədən xarici investisiyaların cəlbi istiqamətində əldə edilmiş nəticələr haqqında məlumat verilib.
Şirkətin fəaliyyət istiqamətləri, nailiyyətləri, iqlim dəyişikliyinə qarşı mübarizə sahəsində görülmüş işlər və hədəfləri, yaşıl sənaye layihələri və karbonsuzlaşdırılması çətin başa gələn sahələrdə təbiətə vurulan ziyanın azaldılması istiqamətində planları haqqında danışılıb.
Əsas fəaliyyət istiqaməti bərpa olunan enerji mənbələrindən istifadə etməklə “yaşıl hidrogen” istehsalı olan “Fortescue Future Industries” şirkəti Mərkəzi Asiya, Avropa, Yaxın Şərq, Avstraliya və Şimali Amerika da daxil olmaqla dünyanın bir çox yerlərində fəaliyyət göstərir və 2030-cu ildən etibarən illik 15 milyon ton hidrogen istehsal etməyi hədəfləyir.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.