Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Meşədə narkotik plantasiyası salan şəxslər ələ keçdi - FOTO

Baxış: 353
İsmayıllı Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsi və kultivasiyası ilə məşğul olan şəxslər saxlanılıb.
DİN-in Mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Zərdab rayon sakini Zaur Qazıyev və İsmayıllı sakini Elman İsmayılov saxlanılıblar.
Saxlanılan şəxslərin rayonun Qalınçaq kəndi ərazisindəki meşə sahəsində xüsusi qulluq göstərməklə yetişdirdikləri 2 457 ədəd narkotik tərkibli çətənə kolu və altı kiloqramdan artıq narkotik vasitə - qurudulmuş marixuana aşkar olunaraq götürülüb.
Araşdırma zamanı saxlanılan şəxslərin narkotik tərkibli bitkiləri may ayında satmaq məqsədilə becərdikləri məlum olub. 
Faktla bağlı İsmayıllı Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işinə başlanılıb, istintaq aparılır.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.