Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Bakıda unudulmuş yol: Kanalizasiya küçəyə axır, təmir “yaddan çıxıb” - VİDEOREPORTAJ

Baxış: 356
Bakının Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Laçın Səlimov küçəsinin yolları həm sakinləri, həm də sürücüləri bezdirib. Aylar öncə əraziyə su xətti çəkmək məqsədilə yollar qazılıb. Lakin ərazi işlər yekunlaşdıqdan sonra olduğu kimi qalıb.
Baku TV-nin çəkiliş qrupu ərazidə olub. 
Bildirilib ki, sakinlərin tək problemi bununla bitmir. Həmin ərazidə dövlət tərəfindən kanalizasiya xətti çəkilmədiyindən sakinlər öz hesablarına illər əvvəl kustar üsullarla bu işi görüblər. Lakin indi həmin sistem də sıradan çıxıb. Bu səbəbdən çirkab suları yola axır.
Məsələ ilə bağlı Suraxanı Rayon İcra Hakimiyyətindən qeyd edilib ki, məsələdən xəbərdardırlar.
Şöbə müdiri Xanoğlan Allahverdiyevin sözlərinə görə, hər iki problem tezliklə həll olunacaq:
“Məsələdən xəbərimiz var. Kanalizasiya və su xətti yaxın zamanda çəkiləcək.
Layihənin birbaşa icraçısı olan “Azərsu” ASC-dən ərazidə son tamamlanma işlərinin getdiyi və yolun tezliklə təmir olunaraq, sakinlərin istifadəsinə veriləcəyi deyilib”.
Əraziyə su, kanalizasiya xətti çəkmək təqdirəlayiq  addımdır. Lakin bu səbəbdən yolu aylarla bərbad vəziyyətdə saxlamaq da yolverilməzdir. Ümid edirik ki, elə aidiyyəti qurumların da dediyi kimi, problem tezliklə öz həllini tapacaq.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.