Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Aİ rəsmisi ilə Azərbaycan və Ermənistan XİN rəhbərləri arasında üçtərəfli telefon danışığı oldu

Baxış: 338
Bu gün  Avropa İttifaqının (Aİ) Xarici siyasət və təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi və Komissiya rəhbəri Cozep Borrell ilə Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında üçtərəfli telefon danışığı olub. 
Bununla bağlı Avropa İttifaqının rəsmi saytında məlumat yerləşdirilib. 
Bildirilib ki, tərəflər son günlər Ermənistanın Azərbaycana qarşı hərbi təxribatlarını müzakirə ediblər. 
C.Borrell həlak olanların ailələrinə başsağlığı verib, yaralıların tezliklə sağalmasını arzulayıb. 
Müzakirələr zamanı Borrell hər iki tərəfi silahlı qarşıdurmanı dayandırmağa və gərginliyə səbəb olan hərəkət və ritorikalardan, eləcə də gələcək təhdidlərdən çəkinməyə çağırıb. 
Ali nümayəndə tərəfləri atəşkəsə sadiq olduğunu təsdiqləməyə və gərginliyin daha da artmaması üçün təcili tədbirlər görməyə çağırıb. O bildirib ki, bu kontekstdə Ermənistan və Azərbaycan birbaşa ünsiyyət mexanizmindən, ATƏT-in Minsk Qrupu həmsədrlərinin, habelə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin rəhbərlik etdiyi müəyyən edilmiş formatdan istifadə etməlidirlər. 

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.