Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Tanınmış jurnalist koronavirusa yoluxdu: Vəziyyəti ağırdır - FOTO

Baxış: 351
“Koronavirusa yoluxan İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İTV) redaktoru Əmrah Fəqanoğlunun vəziyyəti ağır qiymətləndirilir”. 
Oxu.Az-ın məlumatına görə, bunu Kənd Təsərrüfatı Nazirliyinin mətbuat katibi Vüqar Hüseynov bildirib. 
O qeyd edib ki, Əmrah Fəqanoğlunun vəziyyəti çox pisləşib:
“Həkimlər onun vəziyyətinin normallaşması üçün əllərindən gələni edirlər. Uzun illər birgə çalışdığı həmkarları, tələbə yoldaşları ilə əlaqə saxladım, hamı vəziyyəti bilir və dua edir. Əlimizdən başqa heç nə gəlmir. Bu bayram günündə biz jurnalistlər üçün ən böyük hədiyyə Əmrahın durumunun ən yüksək səviyyədə nəzarətə götürülməsi olardı”.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) mətbuat xidmətinin rəhbəri Rəvanə Əliyeva bildirib ki, jurnalist süni tənəffüs cihazına qoşulub:
“Hazırda intensiv terapiya şöbəsində müalicə olunur. Hələlik müalicənin gedişatı ilə bağlı proqnoz vermək mümkün deyil”.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.