Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Pərviz Şahbazov: "TANAP ilə 29 milyard kubmetr Azərbaycan qazı nəql edilib"

Baxış: 359



Bu günə qədər Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) ilə Azərbaycana məxsus 29 milyardkubmetr təbii qaz nəql edilib.
“Sahibkartv.az”ın məlumatına görə, bunu energetika naziri Pərviz Şahbazov Bakı Enerji Forumu çərçivəsində keçirilən konfransda bildirib.
Onun sözlərinə görə, həmin həcmin 6,8 milyardkubmetri bu ilin payına düşüb. 2022-ci ilin yekununda TANAP-la 16 milyard kubmetr qazın nəq edilməsi nəzərdə tutulub.
Nazir həmçinin əlavə edib ki, bu il Avropaya 10 milyard kubmetr "mavi yanacaq" ixracı planlaşdırılır.
Qeyd edək ki, təbii qaz həcmləri Cənubi Qafqaz Boru Kəməri (Bakı-Tbilisi-Ərzurum) və TANAP vasitəsilə Türkiyə bazarına çatdırılır. Bakı-Tbilisi-Ərzurum kəməri ilə ilk qaz Türkiyə bazarına 2007-ci ildə daxil olub. TANAP vasitəsilə Türkiyəyə kommersiya qazının nəqlinə isə 2018-ci il iyunun 30-da başlanılıb.
Türkiyəyə Azərbaycanın “Şahdəniz” yatağından hasil edilən təbii qaz nəql olunur.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.