Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

"TEKNOFEST Azərbaycan"da müxtəlif müsabiqələrdə ikinci və üçüncü yeri tutanlar təltif edilib

Baxış: 491

"TEKNOFEST Azərbaycan" festivalı çərçivəsində keçirilən müxtəlif müsabiqələrdə ikinci və üçüncü yer tutanlar təltif edilib.

"Sahibkartv.az" xəbər verir ki, təltifetmə festivalın sonuncu dördüncü günündə baş tutub.
Qalibləri rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, energetika naziri Pərviz Şahbazov, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, kənd təsərrüfatı naziri İnam Kərimov, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) sədri Orxan Məmmədov, təhsil naziri Emin Əmrullayev, Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (“ASAN Xidmət”) sədri Ülvi Mehdiyev, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentliyinin ("Azərkosmos") sədri Saməddin Əsədov, Türkiyənin sənaye və texnologiya nazirinin müavini Mehmet Fatih Kacır, Türkiyənin “Baykar” şirkətinin texniki direktoru və “TEKNOFEST” Aerokosmik və Texnologiya Festivalının İdarə Heyətinin sədri Selcuk Bayraktar təqdim edib.
Qeyd edək ki, həmin müsabiqələrdə birinci yer tutanlar ötən gün Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə təltif edilmişdi.


Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.