Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Ned Prays: “Blinken Ermənistan və Azərbaycan arasında sülhə dəstəyimizi təsdiqləyib”

Baxış: 265
ABŞ dövlət katibi Entoni Blinken Birləşmiş Ştatların Ermənistan və Azərbaycana uzunmüddətli və hərtərəfli sülhə nail olmaqda ikitərəfli formatda dəstəyini bir daha təsdiqləyib.
“Sahibkartv.az” xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays deyib.
“Dövlət katibi bizim Ermənistanın Baş naziri ilə Azərbaycan Prezidenti arasında (Aİ-nin vasitəçiliyi ilə-red) dialoqa dəstəyimizi təsdiqlədi”, - Dövlət Departamentinin rəsmisi vurğulayıb.
Praysın sözlərinə görə, ABŞ dövlət katibi Ermənistan və Azərbaycan arasında sərhədin delimitasiyası və demarkasiyası səylərinə kömək etməyə hazır olduğunu bildirib.
“O, nəqliyyat əlaqələrinin və kommunikasiyaların blokdan çıxarılması prosesində davamlı irəliləyişə çağırıb. Regiondakı problemlərin həlli üçün ikitərəfli dialoqun davam etdirilməsinin vacibliyini qeyd edib”, - Ned Prays vurğulayıb.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.