17:39 / 21-11-2024
17:00 / 21-11-2024
16:32 / 21-11-2024
14:33 / 21-11-2024
14:20 / 21-11-2024
14:15 / 21-11-2024
13:54 / 21-11-2024
13:49 / 21-11-2024
13:31 / 21-11-2024
13:28 / 21-11-2024
13:25 / 21-11-2024
13:21 / 21-11-2024
11:50 / 21-11-2024
11:46 / 21-11-2024
10:31 / 21-11-2024
10:19 / 21-11-2024
10:00 / 21-11-2024
22:22 / 20-11-2024
21:43 / 20-11-2024
21:19 / 20-11-2024
20:45 / 20-11-2024
19:49 / 20-11-2024
18:41 / 20-11-2024
18:20 / 20-11-2024
17:39 / 20-11-2024
2020-ci ilin II rübünün yekunlarına əsasən, ölkənin ən böyük özəl banklarından biri olan ASC “Xalq Bank”ın aktivləri 2 milyon 168 min 97 manat təşkil edib. Cari ilin 1 iyul tarixinə Bankın cəmi kapitalı ötən ilin analoji dövrünə nisbətdə 7.43 faiz artaraq, 428.90 milyon manata çatdırılıb.
Bankın kredit portfelinin həcmi 2019-cu ilin analoji dövrünün sonu ilə müqayisədə 2.83 faiz artaraq 1 565.77 milyon manata çatıb, müştərilər tərəfindən yerləşdirilən depozitlərin həcmi isə ötən ilin müvafiq dövrünün yekunu ilə müqayisədə 2.96 faiz artaraq, 1 430.99 milyon manat təşkil edib.
Bankın xalis faiz gəlirləri ötən ilin müvafiq dövrünün nəticələri ilə müqayisədə 6.46 faiz artaraq, 40.79 milyon manat təşkil edib, əməliyyat mənfəəti 31.91 faiz artım sayəsində 31.14 milyon manata çatıb. Bank I yarımili 17.18 milyon manat xalis mənfəətlə başa vurub, bu göstərici ötən ilin analoji dövrü ilə müqayisədə 9.67 faiz artıb.
Maliyyə-təsərrüfat fəaliyyətinin cari ilin altı ayının nəticələri “Xalq Bank”ın ölkənin maliyyə sektorunun lider banklardan biri olduğunu bir daha təsdiqləyir və Bankın mövqelərinin daha da möhkəmliyini söyləməyə əsas verir.
Bölməyə aid digər xəbərlər