Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Özbəkistan Ali Məclisinin Qanunvericilik Palatasının sədri Azərbaycana gəlib

Baxış: 313
Mayın 15-də Özbəkistan Ali Məclisinin Qanunvericilik Palatasının sədri Nurdinjon İsmoilovun başçılıq etdiyi parlament nümayəndə heyəti Azərbaycana rəsmi səfərə gəlib.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən “Sahibkartv.az”a verilən məlumata görə, Heydər Əliyev Beynəlxalq Hava Limanında Özbəkistan parlament nümayəndə heyətini Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli, Özbəkistanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Eldar İbrahimov, hər iki ölkənin səfirləri Hüseyn Quliyev, Bahrom Aşrafxanov və digər rəsmi şəxslər qarsalayıblar.
Səfər çərçivəsində Özbəkistan nümayəndə heyəti ölkəmizdə bir sıra rəsmi görüşlər keçirəcək, İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının Üçüncü Ümumi Konfransında iştirak edəcək.
Səfər mayın 19-da başa çatacaq.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.