22:14 / 18-01-2025
18:11 / 18-01-2025
17:39 / 18-01-2025
17:15 / 18-01-2025
16:51 / 18-01-2025
16:45 / 18-01-2025
16:30 / 18-01-2025
16:14 / 18-01-2025
16:00 / 18-01-2025
15:29 / 18-01-2025
15:27 / 18-01-2025
13:35 / 18-01-2025
12:30 / 18-01-2025
12:21 / 18-01-2025
12:17 / 18-01-2025
11:26 / 18-01-2025
11:14 / 18-01-2025
11:10 / 18-01-2025
10:18 / 18-01-2025
10:18 / 18-01-2025
10:13 / 18-01-2025
10:07 / 18-01-2025
22:14 / 17-01-2025
21:46 / 17-01-2025
21:17 / 17-01-2025
21:00 / 17-01-2025
20:45 / 17-01-2025
20:43 / 17-01-2025
20:24 / 17-01-2025
Azərbaycan və Rumıniya arasında Gürcüstan və Qara dənizdən keçməklə sualtı elektrik kabeli vasitəsi ilə ötürülməsi nəzərdə tutulan enerji həcmlərinə dair fikir mübadiləsi aparılıb.
“Sahibkartv.az”ın Energetika Nazirliyinə istinadən verdiyi məlumata görə, bu barədə Azərbaycanın energetika naziri Pərviz Şahbazov “Cənub-Şərqi Avropada Enerji Keçidi: Enerji təhlükəsizliyi, diversifikasiyası və yaşıl enerjiyə keçid üzrə regional əməkdaşlıq” tədbiri çərçivəsində Rumıniyanın energetika naziri Virgil Daniel Popesku görüşündə bildirib.
Onun sözlərinə görə, layihənin region ilə Avropa bazarı arasında elektrik enerjisinin ixrac imkanlarının genişləndirilməsi baxımından əhəmiyyəti nəzərə alınmaqla, müzakirələrin intensivləşdirilməsi üçün qısa zamanda maraqlı tərəflər arasında üçtərəfli onlayn işçi görüşün keçirilməsi razılaşdırılıb.
Görüşdə Xəzər dənizinin Azərbaycana məxsus hissəsində mövcud olan nəhəng külək resursu hesabına “yaşıl enerji”nin istehsalı və Rumıniyaya ixracı perspektivləri müzakirə edilib.
Görüş zamanı ikitərəfli enerji əməkdaşlığının inkişafına dair bir sıra digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
Bölməyə aid digər xəbərlər