Day, Month 00, Year
00: 00: 00 AM
Ərazi Tikinti Planlaşdırma Mərkəzinin xalis mənfəəti 49% artıb

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ərazi-Tikinti Planlaşdırma Mərkəzi 2021-ci ili 1,665 min manat xalis mənfəətlə başa vurub.
"Sahibkartv.az" qurumun maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2020-ci illə müqayisədə 48,7% çoxdur.
Ötən il Ərazi-Tikinti Planlaşdırma Mərkəzinin əsas əməliyyat gəlirləri 11,683 milyon manat (əvvəlki ilə nisbətən 41,4% çox), sair əməliyyat gəlirləri 10,045 milyon manat (29,7 dəfə çox), əlavə gəlirləri 652 min manat (33 % az) inzibati xərcləri 10,813 milyon manat (32,3% çox), sair əməliyyat xərcləri 9,485 milyon manat (əvvəlki il olmayıb), mənfəət vergisi ödəmələri isə 360 min manat (46,35% çox), faiz üzrə mənbədə tutulmuş vergi ödəmələri isə 56 min manat (65,4% çox) təşkil edib.
Bu il yanvarın 1-nə Ərazi-Tikinti Planlaşdırma Mərkəzinin aktivləri 32,709 milyon manat olub ki, bu da illik müqayisədə 3,9 dəfə çoxdur. Hesabat dövründə Mərkəzin öhdəlikləri 9 dəfə artaraq 25,576 milyon manata, balans kapitalı isə 30,45% artaraq 7,133 milyon manata çatıb.
Xatırladaq ki, Ərazi Tikinti-Planlaşdırma Mərkəzi ölkə prezidentinin 19 mart 2019-cu il tarixli fərmanı ilə Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin tabeliyində olan Xüsusi Layihə-Smeta Bürosu və Şəhər Ərazisinin Tikinti-Planlaşdırma İdarəsinin əsasında yaradılıb. Onun nizamnamə kapitalı 1 milyon manatdır. Mərkəz şəhərsalma, ərazi planlaşdırılması və memarlıq sahələrində mövcud mexanizmləri təkmilləşdirməklə bu sahələri inkişaf etdirmək, göstərilən xidmətlərin keyfiyyətinin artırmaq, həmin sahələr üzrə mövcud vəziyyətin təhlilini həyata keçirməklə məşğuldur.


Tarix: 1-05-2022, 11:44 Oxunub: 138


Bölməyə aid digər xəbərlər