BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) Azərbaycan meşələrində biomüxtəlifliyin saxlanılması və milli parkların daha yaxşı idarə edilməsi layihəsi çərçivəsində pilot layihə olaraq Zəngilanda yerləşən Bəsitçay qoruğunun bərpasına 2023-cü ildə dəstək verilə bilər.
Bunu “Sahibkartv.az”a FAO-nun Azərbaycandakı nümayəndəliyinin rəhbəri Mələk Çakmak deyib.
Onun sözlərinə görə, meşələrdə biomüxtəlifliyin saxlanılması və milli parkların daha yaxşı idarə edilməsi layihəsinin icrasına artıq başlanılıb: “Zəngilandakı Bəsitçay qoruğunun bərpası ilə bağlı müraciət Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən olub. Meşələrdə biomüxtəlifliyin saxlanılması və milli parkların daha yaxşı idarə edilməsi layihələri çərçivəsində Hirkan və Şirvan qoruqları ilə yanaşı Bəsitçay qoruğu da pilot layihə olaraq götürüləcək. Layihə çərivəsində biomüxtəlifliyin qorunması və daha yaxşı idarə edilməsi üzrə işlər həyata keçirələcək. Layihə Qlobal Ekologiya Fondu tərəfindən maliyyələşdirilir. Layihənin büdcəsi 2,8 milyon ABŞ dolları təşkil edir, icra müddəti 2026-cı ilə qədərdir”.
O əlavə edib ki, Hirkan və Şirvan qoruqlarında idarəetməni yaxşılaşdırılması istiqamətində bu ildən işlərə başlanılacaq: “Hirkan və Şirvanda qorunan sahələrdən kənar yaşayan icmaların gəlir imkanlarını artırmaq məqsədilə onların bu ərazilərin qorunmasına cəlb edilməsi nəzərdə tutulur. Bu ərazilərin iqtisadi inkişaf planlarının hazırlanması da nəzərdə tutulur. Layihə ilə bağlı beynəlxalq ekspertlər bu ilin mayında Azərbaycana gələcəklər. Bəsitçayda görüləcək işlər isə hazırda müzakirə edilir. Bəsitçay ərazisində görüləcək bərpa işləri üçün ilkin mərhələdə inventarlaşma işlərinin aparılması vacibdir".
M.Çakmak deyib ki, FAO-ya hökumətin prioritetlərinə, strateji məqsədlərinə uyğun olan sahələrlə bağlı əməkdaşlıq təklifləri daxil olur: “Hökumətdən gələn təkliflərə uyğun işlərimizi tənzimləyirik. Kənd təsərrüfatının müxtəlif sahələrində bitki, heyvan istehsalında, qida təhlükəsizliyi, meşəçilik, kənd yerlərinin inkişafı, təbii resursların dayanıqlı idarəsi və kənd yerlərindəki yoxsulluğun azaldılması kimi sahələr FAO-nun mandatına daxildir. Bizim bu sahələrdə geniş təcrübəmiz var”.
Xatırladaq ki, Azərbaycanda 9 milli park, 13 dövlət təbiət qoruğu, 19 dövlət təbiət yasaqlığı var.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşələrin İnkişafı Xidmətinin verdiyi məlumata görə, Azərbaycanın təxminən 11,8 %-i meşə ilə örtülüdür. Ölkənin 14 %-i meşə fondu torpaqlarıdır. Adambaşına düşən yaşıllığın miqdarı 0,2 hektardır. Dünyada bu rəqəm ortalama olaraq 0,48 hektar təşkil edir. Ölkədə bu göstərici 4 dəfə azdır. Bu il Azərbaycanda 1 050 hektar meşə ərazisinin bərpa olunması nəzərdə tutulub.
Fermerlər Üçün Elektron Ticarət Platformaları
19:11 / 22-02-2025
Fermerlər üçün Su Resurslarının Yeni İdarəetmə Sistemləri
18:52 / 22-02-2025
Kənd Təsərrüfatında Karbon Azaltma Texnologiyaları
18:23 / 22-02-2025
Sahibkarlar üçün Alternativ İnvestisiya Platformaları
18:00 / 22-02-2025
Süni İntellekt və Robotika Kənd Təsərrüfatında
17:44 / 22-02-2025
Rəqəmsal Marketinq və Sahibkarlar Üçün Yeni Perspektivlər
17:22 / 22-02-2025
Qida Təhlükəsizliyində Biotexnologiyanın Yeni Dövrü
16:39 / 22-02-2025
Beynəlxalq Sahibkarlar Üçün 2025-ci İldə Qlobal İmkanlar
16:16 / 22-02-2025
Heyvandarlıqda Alternativ Protein Mənbələri
15:41 / 22-02-2025
Fermerlər üçün Rəqəmsal Kooperativlər
15:18 / 22-02-2025
Narçılıqda Avtomatlaşdırılmış Məhsul Yığımı
14:46 / 22-02-2025
Toxumçuluqda Nano-Texnologiyaların İnqilabı
14:21 / 22-02-2025
Sabah da qar yağacaq
13:50 / 22-02-2025
Üzümçülükdə Genetik Modifikasiya və Dayanıqlı Fermerlik
13:44 / 22-02-2025
DYP qara görə sürücülərə müraciət etdi
13:18 / 22-02-2025
Süni İntellekt Sahibkarlığın Yeni Lokomotivi Olacaq
13:00 / 22-02-2025
Ağ Evdəki Oval Ofisin tarixi masası dəyişdirildi
09:13 / 22-02-2025
Tramp və Putin 9 May Qələbə Gününü Moskvada qeyd edəcəklər
09:00 / 22-02-2025
Almaniyada Fərdi Sahibkarlar Üçün Vergi Yüngülləşdirmələri Tətbiq Ediləcək
22:11 / 21-02-2025
ABŞ-da Rəqəmsal Əmlak Sənədləri Blockchain Üzərindən Qeydiyyata Alınacaq
21:42 / 21-02-2025
BƏƏ-də Dikey Fermerlik Genişlənir
21:33 / 21-02-2025
İtaliyada Zeytun Yağı İstehsalında Yeni Fermentasiya Metodu Tətbiq Edilir
21:23 / 21-02-2025
Norveçdə Balıqçılıq Sənayesi Süni Zəka ilə Təkmilləşdirilir
20:32 / 21-02-2025
Fransa Daşınmaz Əmlak Sektorunda Yaşıl Binalara Daha Çox İnvestisiya Yatırır
20:18 / 21-02-2025
Avstraliyada Fermerlər Dronlarla Məhsul Mühafizəsini Təkmilləşdirir
19:49 / 21-02-2025
Hollandiya Dünyanın İlk Tam Avtomatlaşdırılmış Süd Fermasını Açıb
19:31 / 21-02-2025
Kanadada Süni Ət İstehsalı Üçün Yeni Biotexnologiya Fabriki Açılır
19:19 / 21-02-2025
Çində Yeni Tipli Ekoloji Marketlər Açılmağa Başlayır
18:51 / 21-02-2025
İspaniyada Dəniz Suyu ilə Suvarma Texnologiyası İstifadəyə Verilib
18:30 / 21-02-2025
İsveçdə Təsərrüfat Sahələri Üçün Smart İqlim İdarəetmə Sistemləri Yaradılır
18:21 / 21-02-2025
FAO-nun Zəngilandakı qoruğun bərpasına dəstək verəcəyi tarix açıqlanıb
Bölməyə aid digər xəbərlər
Tarix: 24-04-2022, 16:00 Oxunub: 180
Bölməyə aid digər xəbərlər
26-03-2022, 17:01
FAO: "Dünyada ərzaq qiymətləri 22 %-ə qədər arta bilər"
5-02-2022, 12:11
"Yeni bazarlarda Azərbaycan qazına ehtiyac var. Biz hazırıq"
29-01-2022, 19:40
Azərbaycanda gələn ilin dövlət büdcəsinin hazırlanmasına başlanılır
29-01-2022, 16:52
Baş Nazir SƏRƏNCAM İMZALADI - SON DƏQİQƏ
28-01-2022, 21:58
YAP-ın şəhər və rayon təşkilatına yeni sədrlər təyin olunub – SİYAHI
4-11-2021, 12:39
Bir sıra mədəni irs nümunələri dövlət mühafizəsinə götürülür
26-08-2021, 10:54
Birinci vitse-prezident Mehriban Əliyevanın doğum günüdür - FOTO
24-08-2021, 14:22
İlham Əliyev BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident əlaqələndiricisini qəbul edib - YENİLƏNİB + FOTO
10-05-2021, 21:05
Ordubadın mərkəzi və ətraf kəndlərinin içməli su təchizatı və kanalizasiya sistemləri yenidən qurulur
27-04-2021, 14:25
“Ağıllı kənd”in təməli qoyuldu, 200 fərdi ev tikiləcək
14-02-2021, 16:28
ÜST Şamaxıda ilkin səhiyyə xidmətlərinin gücləndirilməsi istiqamətində fəaliyyətə başlayıb – FOTO
31-12-2020, 23:10
İlham Əliyev Azərbaycan xalqına müraciət etdi
1-12-2020, 12:30
Azərbaycanda sahibkarlıq sürətlə inkişaf edir
15-09-2020, 11:19
Baş nazir Qərar imzaladı
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO
20-07-2020, 23:16
Azərbaycanda BMT-nin Miqrasiya üzrə Şəbəkəsi yaradılır
20-07-2020, 14:18
Qışa oduncaq tədarükü ilə bağlı ictimai dinləmələr keçiriləcək