Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Çinin karantin tədbiri alüminiumu bahalaşdırdı

Baxış: 307
Çinin Quanqsi əyalətindəki bir şəhərin Covid-19-a yoluxanların artmasına görə bağlanması bölgədən alüminium tədarükünə mənfi təsir göstərib. Alüminium qiymətləri son 3 ayın ən yüksək səviyyəsinə çatıb.
Çinin karantin qərarı alüminium qiymətlərinin artmasına səbəb olub.
Sahibkartv.az xəbər verir ki, Çinin Quanqsi əyalətindəki Baise şəhərinin Covid-19-ə görə giriş-çıxışlara bağlanması bölgədən alüminium tədarükünə mənfi təsir göstərib.
Baise şəhərinin istehsal gücü 1,7 milyon tondur. Ölkənin ümumi alüminium istehsal gücü iə 40 milyon ton civarındadır.
Qərardan sonra London və Şanxayda alüminium fyuçersləri bahalaşıb. London Metal Birjasında alüminiumun hər tonu 3135 dollar olub.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.