Cənub Qaz Dəhlizi (SGC) Məşvərət Şurasının bugünkü iclaslarında bütün məsələlər və çətinliklər müzakirə olunub.Bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov bu gün Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlətin 8-ci toplantınını yekunları ilə bağlı təşkil olunan tədbirdə bildirib.
Onun sözlərinə görə, SGC bu istiqamətdə olan missiyasını uğurla həyata keçirirb: “Bu gün Cənub Qaz Dəhlizi uğurla fəaliyyət göstərir”.
Nazir bildirib ki, bu gün iclas çərçivəsində iki görüş keçirilib: "Bu görüşlərdən biri də Balkan ölkələrindən olan nümayəndələr Azərbaycan qazının bu bölgəyə qədər uzadılmasını xahiş etdilər və bununla bağlı istəklərini dilə gətirdilər. Bu istiqamətdə işləri növbəti dövr ərzində həyata keçirəcəyik".





































