16:00 / 18-01-2025
15:29 / 18-01-2025
15:27 / 18-01-2025
13:35 / 18-01-2025
12:30 / 18-01-2025
12:21 / 18-01-2025
12:17 / 18-01-2025
11:26 / 18-01-2025
11:14 / 18-01-2025
11:10 / 18-01-2025
10:18 / 18-01-2025
10:18 / 18-01-2025
10:13 / 18-01-2025
10:07 / 18-01-2025
22:14 / 17-01-2025
21:46 / 17-01-2025
21:17 / 17-01-2025
21:00 / 17-01-2025
20:45 / 17-01-2025
20:43 / 17-01-2025
20:24 / 17-01-2025
20:00 / 17-01-2025
19:41 / 17-01-2025
19:30 / 17-01-2025
19:19 / 17-01-2025
19:00 / 17-01-2025
18:52 / 17-01-2025
18:23 / 17-01-2025
18:00 / 17-01-2025
Avropa Mərkəzi Bankının (ECB, AMB) faiz qərardan sonra? Bankın sədri Kristin Laqard mətbuat mənsublarının qarşısına çıxıb.
Sahibkartv.az Laqardın çıxışından əsas hissələri təqdim edir:
-Avro Zonası iqtisadiyyatında canlanma davam edir, epidemiyanın təsiri azalır. Bu il iqtisadiyyat güclü şəkildə bərpa olunacaq.
- Yanvar ayında inflyasiya sürpriz şəkildə yüksəlib. Bu ilin sonunda inflyasiya düşməyə başlayacaq.
- İnflyasiya gözləniləndən daha uzun müddət yüksək qalacaq. Enerji yüksək inflyasiyanın əsas səbəbi olaraq qalır. Yanvarda olan 5,1 faiz inflyasiyanın yarısı birbaşa enerji ilə bağlıdır. Göstəricilər enerji qiymətlərinin dinamikasının 2022-ci ildə mülayimləşəcəyini qeyd edir.
- AMB lazım gəldikdə bütün alətlərini nəzərdən keçirməyə hazırdır.
- İqtisadi perspektiv üçün risklər əsasən balanslaşdırılmışdır. Geosiyasi gərginlik artıb. İnflyasiya proqnozu ilə bağlı risklər yuxarı istiqamətdədir.
- Bankların balansları sağlam olsa da, pandemiyadan əvvəl olduğu kimi gəlirlidir. Maliyyə şərtləri əlverişli olaraq qalır.
- Avro Bölgəsində iqtisadi artımın ilin birinci rübündə səngiməsi gözlənilir.
- Bütün idarə heyəti inflyasiya məlumatlarından narahatdır. Biz inflyasiya ilə bağlı ətraflı müzakirələr apardıq. Biz mart ayında proqnozları dərc edəcəyik. Biz qərara gəlmək üçün tələsməməkdə qərarlıyıq. ECB qərarını verərkən məlumatlara əsaslanacaq.
- Mart və iyun inflyasiyanı qiymətləndirmək üçün xüsusilə vacibdir.
- Lazımi şərtlər yerinə yetirilməyənə qədər faiz artımı ilə bağlı heç bir vəd verə bilmərik. Mart ayında faiz dərəcəsi qərarını və iqtisadi gözləntiləri əvvəlcədən mühakimə edə bilmərəm.
- Tələsməyə ehtiyac yoxdur, bütün lazımi vasitələrdən istifadə edəcəyik.
- ECB inflyasiya hədəfinə getdikcə yaxınlaşır.
- Xalis istiqraz alışı dayanana qədər faizləri artırmayacağıq.
Qeyd edək ki, Laqardın açıqlamalarından sonra Avro bahalaşıb. Avro/Dollar məzənnəsi 1%-ə yaxın yüksələrək 1.1410 dollar səviyyəsinə yüksəlib. Buna səbəb Laqardın "İnflyasiya proqnozu ilə bağlı risklər yuxarı istiqamətdədir" deməsidir ki, bu da faizin artırılmasını tezləşdirə bilər.
Bölməyə aid digər xəbərlər