Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

BƏƏ şirkətləri vergiyə cəlb etməyə hazırlaşır

Baxış: 199
Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) müəyyən məbləğdən yuxarı mənfəət əldə edən şirkətləri vergiyə cəlb etməyə hazırlaşır. Vergi məsələsinin uzun müddətdir müzakirə olunduğu ölkədə yeni qanunun 2023-cü ilin iyun ayından sonra qüvvəyə minməsi gözlənilir.
Marja xəbər verir ki, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) 2023-cü ilin iyun ayından qüvvəyə minəcək vergi qanunu təqdim etməyə hazırlaşır.

Rəsmi xəbər agentliyinin məlumatına görə, mənfəət vergisi bütün şirkətlərə və kommersiya fəaliyyətlərinə şamil ediləcək, lakin təbii sərvətlərin çıxarılması sahəsindəki şirkətlər bu vergidən azad ediləcək. Bu sektorda fəaliyyət göstərən şirkətlər və kommersiya fəaliyyətləri Əmirin müəyyən edilmiş dərəcə ilə vergiyə cəlb olunacaqlar.
BƏƏ kiçik şirkətləri və startapları dəstəkləmək üçün gəliri 375 min dirhəmə qədər olan şirkətlərə vergi qoymayacaq. Bu məbləğdən yuxarı olan şirkətlər üçün vergi dərəcəsi 9 faiz olacaq.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.