Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Ermənistan hökumətinin yeni proqramında Azərbaycanla sərhədlərin delimitasiyasının vacibliyi vurğulanıb

Baxış: 227

Ermənistan və Azərbaycan sərhədlərinin delimitasiyası və demarkasiyası bölgədə sabitlik mühitinin formalaşmasında mühüm amildir.
TASS agentliyi xəbər verir ki, bu barədə avqustun 26-da Ermənistan parlamenti tərəfindən təsdiqlənən Ermənistanın yeni hökumətinin proqramı adlı sənəddə yazılıb.
“Bölgədə sülh bizim uzunmüddətli strategiyamızdır. Qonşu ölkələrlə münasibətləri dərinləşdirmək və ya normallaşdırmaq hökumətin xarici siyasətinin vacib istiqamətlərindən birinə çevriləcək. Artan düşmənçilik bölgənin sabitliyi və təhlükəsizliyi üçün təhdid yaradır. Azərbaycanla sərhədlərin demarkasiyası və delimitasiyası, sabit bir regional atmosferin formalaşması üçün əhəmiyyətli olacaq”, - Nikol Paşinyan hökumətinin proqramında qeyd olunur.
Sənəddə həmçinin vurğulanır ki, Ermənistan Nazirlər kabinetinin regionun blokdan çıxarılması üzrə xarici siyasəti, digərləri tərəfindən konstruktiv olaraq qəbul edilirsə, bölgədə dinc və qarşılıqlı faydalı bir mühitin yaranmasına səbəb olacaq.
“Bu kontekstdə əsas məsələ 9 noyabr 2020 və 11 yanvar tarixlərində Ermənistan, Rusiya və Azərbaycan liderlərinin imzaladıqları bəyanatlarda nəzərdə tutulan addımların tam və qeyd-şərtsiz həyata keçirilməsidir”, - deyə sənəddə qeyd olunur.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.