Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

“Taliban” rəsmisi: “Qərb ölkələri yüksək ixtisaslı mütəxəssislərimizi Əfqanıstandan aparır”

Baxış: 216

“Taliban” hərəkatının rəsmisi Zəbihullah Mücahid təhsilli əfqanların Qərb ölkələri tərəfindən ölkədən çıxarılmasını qeyri-insani hərəkət kimi qiymətləndirib.
Zəbihullah Mücahid “New York Times” qəzetinə verdiyi müsahibədə bəyan edib ki, Qərb ölkələri ixtisaslı əfqan mütəxəssisləri Əfqanıstandan aparmaqla məşğuldur.  
“Onlar ölkəmizin işlərinə qarışmamalı, həkimləri, müəllimləri, digər ixtisas sahibi olan insan resurslarımızı əlimizdən almamalıdırlar. Bu, qeyri-insani bir hərəkətdir”, - deyə Z.Mücahid vurğulayıb.
“Taliban” rəsmisi əlavə edib ki, keçmişdə ABŞ-a işləmiş tərcüməçilər və digər əfqanlar hərəkat tərəfindən hədəfə alınmayacaq və mütəxəssisləri vətənlərində heç bir təhlükə gözləmir.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.