Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Braziliya prezidenti soyqırımında ittiham olunur

Baxış: 271

Braziliyanın APIB təşkilatının ictimai fəalları prezident Jair Bolsonaronu yerli əhalinin soyqırımında ittiham edirlər.
“Al Jazeera” xəbər verir ki, bunun üçün onlar Haaqadakı Beynəlxalq Ədalət Məhkəməsinə müraciət ediblər.
Hüquq müdafiəçiləri hesab edir ki, siyasətçi Braziliyanın yerli xalqları və onların vətənini məhv edib.
Dövlət başçısının milli azlıqlara qarşı “açıq, sistemli və düşünülmüş bir siyasət” yürütdüyü iddia edilir.
Braziliyanın yerli əhalisinin hüquqlarını müdafiə edən təşkilatın Hüquq Koordinatoru Eloy Terena Haaqa Məhkəməsinə müraciətin səbəblərini açıqlayıb. Onun sözlərinə görə, Braziliya məhkəmələri bu cinayətləri müstəqil araşdıra bilmir, ona görə də beynəlxalq ictimaiyyətə müraciət etməli olublar.
Terena yerli xalqlara qarşı hakimiyyətin hərəkətlərini bəşəri cinayət və soyqırımı adlandırıb.
O əlavə edib ki, prezident koronavirus pandemiyasının mənfi nəticələrini gücləndirməkdən məsuldur.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.