Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

"Qiyamət günü" TƏŞVİŞİ: Amerikalılar mağazalara HÜCUM ÇƏKDİ, generator və ərzaqlar TÜKƏNDİ

Baxış: 450
"Qiyamət günü" TƏŞVİŞİ: Amerikalılar mağazalara HÜCUM ÇƏKDİ, generator və ərzaqlar TÜKƏNDİ


ABŞ sakinləri mümkün kiberhücumla bağlı qorxulara səbəb olan genişmiqyaslı texniki nasazlıqlar fonunda aktiv şəkildə generator və uzunmüddətli ərzaq ehtiyatı toplamağa başlayıblar.

Bu barədə "CBS News" telekanalı "Mizuho Securities" şirkətinin analitiklərinə istinadən məlumat yayıb.

Şirkətin analitiki Devid Bellincerin sözlərinə görə, noyabrın 15-i axşam saatlarına qədər "Costco" onlayn mağazasında satışda olan 26 bahalı generator modelindən 21-i tamamilə tükənib.

Alıcılar həmçinin uzun müddət saxlanıla bilən ərzaq məhsullarına da yüksək maraq göstərirlər.

"Microsoft Outlook"un işindəki nasazlıq, ABŞ-də bütün aviareyslərin uçuşunun dayandırılması və sosial şəbəkələrdə "apokalipsis" (dünyanın sonu) qorxuların yayılmasından sonra istehlakçıların təşvişi "Costco"da fövqəladə hallara hazırlıq məhsullarının satışının artmasına gətirib çıxarıb", - deyə Bellincer bildirib.

Xatırladaq ki, son günlər ABŞ-də "Microsoft" xidmətlərinə, bank sistemlərinə və aviasiya infrastrukturuna təsir edən irimiqyaslı texniki nasazlıqlar qeydə alınıb.

"CBS News"un qeyd etdiyi kimi, ardıcıl baş verən bu problemlər amerikalılar arasında mümkün kütləvi kiberhücumla bağlı narahatlıqları daha da artırıb.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.