22:13 / 21-11-2024
21:43 / 21-11-2024
21:19 / 21-11-2024
20:42 / 21-11-2024
20:21 / 21-11-2024
19:47 / 21-11-2024
19:24 / 21-11-2024
18:45 / 21-11-2024
18:20 / 21-11-2024
18:16 / 21-11-2024
17:39 / 21-11-2024
17:00 / 21-11-2024
16:32 / 21-11-2024
14:33 / 21-11-2024
14:20 / 21-11-2024
14:15 / 21-11-2024
13:54 / 21-11-2024
13:49 / 21-11-2024
13:31 / 21-11-2024
13:28 / 21-11-2024
13:25 / 21-11-2024
13:21 / 21-11-2024
11:50 / 21-11-2024
11:46 / 21-11-2024
10:31 / 21-11-2024
10:19 / 21-11-2024
10:00 / 21-11-2024
22:22 / 20-11-2024
44 günlük Vətən müharibəsi Azərbaycan ordusunun mütləq qələbəsi, işğalçı ordunun darmadağın edilməsi ilə nəticələnib. Lakin bütün dünyanın qəbul etdiyi bu həqiqəti yalnız ermənilər qəbul edə bilmir.
Belə ki, ötən gün Ermənistanın yeni müdafiə naziri Arşak Karapetyan üçüncü ordu korpusunu ziyarət edib.
Erməni general burada bir sıra həddini aşan, absurd fikirlər səsləndirib. O, sərhəddə hər hansı bir problem yaranacağı halda erməni əsgərlərə bütün vasitələrdən istifadə etməklə atəş açmaq əmri verib.
Arşak Karapetyanın bu əmri hər nə qədər daxili auditoriyaya yönəlsə də, kənardan bu cəfəngiyatlara reaksiya verməmək mümkün deyil. Əvvəla onu xatırladaq ki, bu “qorxmaz general” hələ 2016-cı ilin aprel döyüşlərində rüsvayçı məğlubiyyətdən sonra Ermənistan Silahlı Qüvvələrin Baş Qərargahının Kəşfiyyat İdarəsinin rəisi vəzifəsindən azad edilib. Onun ordudakı sonrakı fəaliyyəti isə hakimiyyətə yaltaqlanmasının nəticəsidir.
Bütün bunları kənara qoyub, Arşak Karapetyanın ziyarət etdiyi üçüncü ordu korpusundan bir fotoya nəzər salaq.
Belə bir ifadə var: “dosta güvən, düşmənə qorxu salmaq”. Sözügedən fotoda erməni ordusunun real mənzərəsi isə bu fikrin tam əksini ifadə edir. Fotodakı ordu qalıqları arasında sıra nizamından söhbət belə gedə bilməz. Ermənistan hərbçilərində diqqətçəkən ən maraqlı cəhət isə onların qarınlarıdır. O qarın ki, erməni hərbçilərə çox güman ayaqlarının ucunu görməyə belə əngəl yaradır.
Gülməmək əldə deyil…
Təsəvvür edin, bir vaxtlar ordudan rüsvayçılıqla qovulan və ən böyük uğuru hakimiyyətə yaltaqlanmaq olan bir general və tabeliyində kapitulyant ordunun tör-töküntüsündən ibarət qarınlı hərbçilər… İndi bu aciz mənzərəni müzəffər ordumuzun igid oğulları və qəhrəmanları ilə üz-üzə gətirin. Bu halda bizə sadəcə ermənilərin aradan çıxmaq üçün neçə saniyəyə ehtiyac duyduğunu hesablamaq qalacaq. Düzdür, bu “ideal” fiziki formada qaçmaq çətin olsa da, müharibə artıq bizə erməni hərbçilərin bu işdə necə “peşəkar” olduğunu göstərib.
Üstəlik erməni general üçüncü ordu korpusunun sərəncamındakı sınıq-salxaq hərbi texnikaya da baxış keçirib. Bu texnikaların da müasir texniki imkanlarla maksimum təchiz olunmuş Azərbaycan ordusu qarşısında hansısa bir şansının olmasını düşünmək, ağla gətirmək belə olduqca gülünc səslənir.
Erməni hərbi-siyasi rəhbərliyi öz xalqını necə, hansı şəkildə, hansı vədlərlə aldadır-aldatsın, bu bizə maraqlı deyil. Ermənilər onsuzda buna qədər də, yenilməzlik, qəhrəmanlıq, igidlikdən dəm vururdular. Həmin o yenilməz ordunun aqibəti isə bu gün hər kəsə bəllidir. Müharibədən sonra yalnız erməni ordusunun hərbçi - “sprinter”lərinə heyif oldu deyə bilərik. Döyüş meydanından bu cür sürətli qaçışla onlar dünyanın istənilən bölgəsində, istənilən turnirdə qızıl medallara namizəd ola bilərdilər.
Fotodan ortaya çıxan mənzərə Ermənistan üçün indi ən aktual problemin Arşak Karapetyanın “orducuğu”nun qarnını doyurmaq olduğunu göstərir. Yəni ki, bu “cəngavərlər” üçün hazırda döyüş haqqında düşünmək çox tezdir. Onların qarnını doyurmağın özü elə Ermənistan kimi rəzil vəziyyətdə olan bir ölkə üçün böyük şeydir.
Bu xüsusi təyinatlı “adamyeyənlər”in təyinatı istənilən halda döyüşmək ola bilməz. Onların ən yaxşı bildiyi elə dədə-babadan olduğu kimi kef məclisində yeyib-içmək, içkinin təsiri ilə şirə dönməkdir. Elə Arşak Karapetyan da bu “elit” dəstəyə əmr verərkən ayıq başla olmayıb deyəsən. Yoxsa 44 günlük müharibədən sonra Azərbaycanın qəhrəman oğullarının, canı, qanı bahasına işğala son qoyan cəngavərlərin qarşısına bir ovuc yekəqarın “kişi”ni çıxarmağı düşünmək ağlabatan deyil. İllərdir öyündükləri “Ohanyan səddi”ni darmadağın edən qəhrəmanlarımızın önünə “yekəqarın” səddini çəkmək düşüncəsi isə acizlikdən başqa bir şey deyil.
Hər halda “elit”, “cəngavər”, “adamyeyən” – qarşısına nə qoyursan qoy, bu “orducuq” Azərbaycan üçün təhdid ola bilməz. Burada əsl təhlükə şüurları qeyri-real arzularla doldurulmuş ermənilər üçün mövcuddur. Çünki bu cür arzuların əsirinə çevrildikləri halda, ortada olan ən “qüdrətli” orduları məhz bu yekəqarınlardır…
Bölməyə aid digər xəbərlər