Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Rusiya bu ölkələrlə təlimlər keçirəcək

Baxış: 301

“Rusiya, Tacikistan və Özbəkistan kompleks hərbi təlimlər keçirəcək”.
Sahibkartv.az xəbər verir ki, bunu tacik həmkarı Şerali Mirzo ilə görüşdə Rusiyanın müdafiə naziri Sergey Şoyqu deyib. O bildirib ki, təlimlər ABŞ və NATO hərbi qüvvələrinin Əfqanıstanı tərk etməsi fonunda yaranan təhlükələr ilə əlaqədardır.
Şoyqu əlavə edib ki, Rusiya ilk olaraq Tacikistan, daha sonra Özbəkistanla ayrı-ayrılıqda təlimlər keçirəcək. Bunun ardınca isə Rusiya-Özbəkistan və Tacikistanın iştirakı ilə üçtərəfli təlimlərin keçirilməsi planlaşdırılır.
Qeyd edək ki, ABŞ və NATO hərbi qüvvələrinin Əfqanıstanı tərk etməsi ilə bağlı xəbərlər yayıldıqdan sonra “Taliban” hərəkatı öz fəaliyyətini aktivləşdirməyə başlayıb.
Hazırda Əfqanıstanda hökumət qüvvələri ilə “Taliban” döyüşçüləri arasında qarşıdurma gedir. “Taliban” döyüşçüləri kənd bölgələrində çox sayda, eləcə də Əfqanıstan-Tacikistan sərhədinin əhəmiyyətli hissəsinə nəzarəti ələ keçirə bilib.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.