22:13 / 21-11-2024
21:43 / 21-11-2024
21:19 / 21-11-2024
20:42 / 21-11-2024
20:21 / 21-11-2024
19:47 / 21-11-2024
19:24 / 21-11-2024
18:45 / 21-11-2024
18:20 / 21-11-2024
18:16 / 21-11-2024
17:39 / 21-11-2024
17:00 / 21-11-2024
16:32 / 21-11-2024
14:33 / 21-11-2024
14:20 / 21-11-2024
14:15 / 21-11-2024
13:54 / 21-11-2024
13:49 / 21-11-2024
13:31 / 21-11-2024
13:28 / 21-11-2024
13:25 / 21-11-2024
13:21 / 21-11-2024
11:50 / 21-11-2024
11:46 / 21-11-2024
10:31 / 21-11-2024
10:19 / 21-11-2024
10:00 / 21-11-2024
22:22 / 20-11-2024
Ötən axşam Ermənistanın Gorus şəhərində atışma baş verib.
Bu barədə “Hraparak” nəşri yazıb.
Hadisə erməni məmurların övladlarının haqq-hesab çürütməsi kimi qiymətləndirilib. Belə ki, atışma Sünik əyalətinin keçmiş qubernatoru Surik Xaçatryanın oğlu Tiqran və hazırkı qubernator Melikset Poqosyanın oğlu arasında olub. Süniki öz “ata mülkü” hesab edən gənclər əslində qubernatorların nüfuz davasının əyani təzahürünə çevrilib. Həmçinin övladlar Ermənistandakı idarəetmə sistemində kriminal elementlərin nə dərəcədə rol oynadığını da ortaya qoyublar.
Atışma nəticəsində ölənlərin də olduğu bildirilir.
Digər bir erməni nəşri Shamshyan.com isə hadisə zamanı iki nəfərin yaralı halda Gorusdakı xəstəxanaya çatdırıldığını yazır. Nəşrin məlumatından aydın olur ki, ədavət təkcə qubernator övladları arasında deyil, həm də onların ailələri arasında mövcuddur. Belə ki, yaralılardan biri hazırkı qubernator Melikset Poqosyanın oğlunun dostu Q.Vardanyan, digəri isə keçmiş qubernatorun qaynı M.Barseqyandır.
Hadisə yerində çoxlu avtomat gilizləri və qan izləri aşkarlanıb. Faktla bağlı cinayət işi açılıb.
Qeyd edək ki, kriminal dairələrlə hakimiyyət nümayəndələrinin arasında sıx əlaqələrin olduğu, hətta bəzən elə kriminal ünsürlərin idarəetmədə təmsil olunduğu Ermənistanda bu cür halların olması heç də təsadüf deyil. Xüsusən regionlarda hakimiyyəti öz əlində birləşdirən qubernatorlar bölgələri “öz qanunları” və adamları vasitəsilə idarə edir.
Bölməyə aid digər xəbərlər