22:13 / 21-11-2024
21:43 / 21-11-2024
21:19 / 21-11-2024
20:42 / 21-11-2024
20:21 / 21-11-2024
19:47 / 21-11-2024
19:24 / 21-11-2024
18:45 / 21-11-2024
18:20 / 21-11-2024
18:16 / 21-11-2024
17:39 / 21-11-2024
17:00 / 21-11-2024
16:32 / 21-11-2024
14:33 / 21-11-2024
14:20 / 21-11-2024
14:15 / 21-11-2024
13:54 / 21-11-2024
13:49 / 21-11-2024
13:31 / 21-11-2024
13:28 / 21-11-2024
13:25 / 21-11-2024
13:21 / 21-11-2024
11:50 / 21-11-2024
11:46 / 21-11-2024
10:31 / 21-11-2024
10:19 / 21-11-2024
10:00 / 21-11-2024
Belçikanın “VRT” (Flamand Teleradiosu) telekanalının saytında işğaldan azad olunmuş Ağdam haqqında reportaj yayımlanıb.
Aparıcı reportajın əvvəlində ”Qafqazın Xirosiması” adlanan Ağdama səfərindən bəhs edir, işğal dövründə şəhərin tamamilə dağıdıldığı, evlərin talan olunduğu, salamat saxlanan yeganə məscidin isə səmti müəyyən etmək üçün istifadə olunduğu qeyd edilir.
Reportajda 30 ilədək davam edən işğaldan sonra ilk dəfə doğma torpaqlarına geri dönən sakinlərin fikirlərinə də yer verilir. Yerli sakinlər şəhərin işğaldan əvvəlki həyatı haqqında danışaraq, indi bu ərazilərin tanınmaz hala düşdüyünü bildirirlər. Ermənilərin dinc sakinləri didərgin saldığını və qətlə yetirdiyini söyləyən insanlar onlarla yenidən birgə yaşayışın heç də asan olmayacağını da ifadə edirlər. Bununla belə, doğma torpaqlarına geri qayıtmaq arzusunda olan sakinlər Ağdamda aparılan quruculuq işlərindən sonra ata-baba yurdlarında rahat yaşamaq istədiklərini söyləyirlər.
Kadrlarda Ağdamda ərazilərin minalardan təmizlənməsinin və dinc əhalinin geri dönüşünün nə qədər çətin olduğu da görünür. ANAMA-nın əməkdaşı ərazilərin mina və partlayıcı sursatlardan təmizlənməsi prosesi barədə məlumat verir. Bildirir ki, minalanmış ərazilərin xəritələrinin tam verilməməsi təmizləmə işlərini daha da çətinləşdirir.
Reportajda üçtərəfli Bəyanatdan sonra əraziləri tərk edən ermənilərin evləri yandırmasının və təbiətə zərər vurmasının görüntüləri də yer alıb. Sonda qeyd edilib ki, Azərbaycan işğaldan azad edilmiş ərazilərdə quruculuq işlərinə başlayıb və hazırda yolların çəkilişi, yaşayış məskənlərinin bərpası və infrastrukturun qurulması layihələri həyata keçirilir. Bu layihələr sırasında Füzuli beynəlxalq hava limanı diqqəti xüsusilə cəlb edib.
Bölməyə aid digər xəbərlər