Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Türkiyəli alimlər koronavirusu saniyələr içində müəyyənləşdirən cihaz hazırlayıb

Baxış: 366
Türkiyəli alimlər koronavirusu saniyələr içində aşkarlayan və 90 faizdən çox düzgün qərar verən “elektron burun” sistemi yaradıblar.
Bu barədə “Haber Global” xəbər verib.
Cihaz xəstəxanalara PCR testləri vermək üçün gələn 300 könüllü üzərində sınaqdan keçirilib. Könüllülərdən şar üfürülməsi istənilib. Orada toplanan nəfəslər cihaza ötürülüb. Beləliklə, “e-burun” vasitəsi ilə ağciyərlərdə olan kimyəvi aktivlik müəyyən olunub. Sonra alınan cavablar pasiyentlərin PCR testinin nəticələri ilə müqayisə olunub. Bu zaman cihazın 90-95 faiz düzgün nəticələr göstərdiyi müəyyənləşib.
Alimlər onu da vurğulayıb ki, “elektron burun” sisteminin xərçəng kimi bir çox xəstəliyin aşkarlanmasında da istifadə edilə bilər.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.