Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Kremldən Putin-Bayden danışıqları ilə bağlı RƏSMİ AÇIQLAMA

Baxış: 520
İyunun 16-da  Cenevrədə Rusiya Prezidenti Vladimir Putinlə  amerikalı həmkarı Co Bayden arasında baş tutmuş danışıqları "müsbət” qiymətləndirmək olar. 

Sahibkartv.az-ın TASS-a istinadla məlumatına görə, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib.
 

Rusiya liderinin mətbuat katibinin sözlərinə görə, sammit zamanı aydın olub ki, ABŞ-la hansı sahələrdə qarşılıqlı əlaqə qurmaq olar, hansı sahələrdə isə olmaz.
Qeyd edək ki, ABŞ-ın keçmiş prezidenti Donald Tramp Co Baydenlə Vladimir Putin arasındakı görüşdən sonra "bu günün Rusiya üçün yaxşı bir gün olduğunu" söyləmişdi.
Xatırladaq ki, Rusiya və Amerika prezidentlərinin görüşü iyunun 16-da Cenevrədə "Villa La Grange” də keçirilib. Liderlər üç saat yarım  söhbət ediblər.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.